Siyasət 

XİN başçıları toplaşır: Nələr müzakirə olunacaq?

Sabah İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili üç ölkə arasında mövcud əməkdaşlığı müzakirə edəcəklər.

Görüşün gündəliyində regional proseslər, xarici siyasət məsələləri, Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi, enerji təhlükəsizliyi, eləcə də ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yer alacaq.

Müzakirələrin əsas mövzularından biri Orta Dəhliz çərçivəsində regional nəqliyyat layihələrinin, ilk növbədə Bakı–Tiflis–Qars dəmir yolu xəttinin inkişafı, logistika şəbəkələrinin genişləndirilməsi və nəqliyyat imkanlarının artırılması olacaq.

Daha çox xəbərlər