Ermənistanda seçki bitdi, nəfəslər tutuldu: səslərin sayılmasına başlandı
Ermənistanda Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb və ölkə üzrə bütün seçki məntəqələri bağlanıb.
Musavat.com xəbər verir ki, məntəqələr bağlanan anda növbədə olan vətəndaşlara səsvermədə iştirak etmək imkanı verilir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a olan vəziyyətə əsasən seçici fəallığı 48,92 faiz təşkil edib. Bu vaxta qədər 1 milyon 224 min 957 nəfər səs verib.
Gün ərzində Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi müxalif qüvvələrlə əlaqəli olduğu bildirilən bir neçə onlarla şəxsin saxlanıldığını açıqlayıb. Onlar seçkiqabağı cinayətlərdə ittiham olunurlar.
Hazırda ölkədə səslərin sayılması prosesinə başlanılıb. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

