Bu gündən güclü geomaqnit qasırğası gözlənilir
Geomaqnit sahəsi ardıcıl baş vermiş TKAın Yerə təsiri ilə 8-10 iyun tarixlərində G3 səviyyəsinədək, yəni güclü geomaqnit qasırğası gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, günəş küləyinin 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5–85%, orta geomaqnit enliklərdə isə 15-50%-dir.

