Cəmiyyət 

Bakıda Qurtuluş Günü konserti başladı: Sahil üçrəngli bayraqlara büründü – FOTO\VİDEO

Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli konsert proqramı start götürüb.

Musavat.com müxbirinin verdiyi məlumata görə, əraziyə toplaşan minlərlə insanın bəxş etdiyi möhtəşəm enerji sahildə əsl coşqu yaradıb. Tanınmış musiqiçilərin ifaları paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən anşlaqla qarşılanır. Xalq artisti Niyaməddin Musayevin səhnədə səsləndirdiyi məşhur “Dünya sənin, dünya mənim” hiti isə bayram dinamikasını pik nöqtəyə çatdırıb; tamaşaçılar sənətkarı ayaq üstə alqışlayaraq mahnını onunla bərabər xorla ifa ediblər.

Hazırda Bakı bulvarına insan axını davam edir. Əllərində üçrəngli dövlət bayrağımızı dalğalandıran uşaqdan-böyüyə hər kəs sahildə unudulmaz və qürurverici bir bayram ab-havası yaşadır.

 

Afaq Mirayiq,
Foto, video müəllifindir
Musavat.com

Daha çox xəbərlər