Yeni Zelandiyada güclü zəlzələ olub
Yeni Zelandiyanın Cənub adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Xarici KİV-in məlumatına görə, yeraltı təkanlar 53 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra bölgə üçün sunami xəbərdarlığı edilib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.