Azərbaycanda dərsə gedən 31 yaşlı müəllimə dəhşətli hadisə ilə üzləşdi
Şəki şəhərində Mingəçevir sakinini avtomobil vurub.
ARANTV.AZ xəbər verir ki, Mingəçevir sakini 1988 ci il təvəllüdlü Nigar Nəbiyevanı Şəki şəhərində “Opel” markalı avtomobil vurub.
Avtomobilin sahibi dərhal yaralını Mingəçevir xəstəxanasına çatdırıb.Xəstəxanadan verilən məlumata görə yaralı baş,üz ,qarın nahiyəsindən xəsarət alıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, 2 uşaq anası olan Nigar Nəbiyeva Mingəçevirdə yaşayır. O,Şəki şəhərində məktəblərin birində müəllimə işləyir.Publika.az

