Əsas səhifə 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 200-dən çox maşın və mexanizm alıb

 

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Hazırda Azərbaycan yeni yol qovşaqları, yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Bu ilin 6 ayında 200-dən çox yol istismarı, təmiri və tikinti texnikaları alınıb. Alınan texnika və avtomaşınlar yaxın günlərdə yerli yol istismar və tikinti idarələrinə veriləcək.

Son 14 ildə Azərbaycanda 12 min 800 kilometr yol çəkilib, 450-ə yaxın körpü tikilib. İlin sonunadək isə bu rəqəm təxminən 15 min kilometrə çatacaq. 6 ay ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 464 kilometr yaxın avtomobil yolu, prospekt və küçə tikilib və ya yenidən qurulub. Ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşən 7 körpü isə əsaslı təmir edilib. Yolların müasir səviyyədə inşası və yenidən qurulması üçün müasir texnika, maşın-mexanizmlərdən istifadə olunması da şərtdir. Bu məqsədlə maşın-mexanizm parkının yenilənməsi daim diqqətdə saxlanılır. Bu ilin 6 ayında müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 200-dən çox yol istismarı, təmiri və tikinti texnikaları alınıb. Bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir.

Yol infrastrukturunun inkişafında müxtəlif ölkələrlə əməkdaşlıq edilir. Onlardan biri də Çindir. Dövlətlərimiz arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq  sazişi  çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib.

Avtoparkın yenilənməsində xarici ölkə istehsalçıları ilə yanaşı, yerli şirkətlərlə də əməkdaşlıq qurulur. Məqsəd maliyyə vəsaitinə qənaət etmək, xaricə valyuta axınının qarşısı almaq,  yerli istehsalı stimullaşdırmaqdır. Son illər yerli istehsalçılara sifarişlər daha çox verilir. Avtoparkdakı yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatlarının bir çoxu yerli şirkətlər tərəfindən hazırlanır.

Alınan texnika və avtomaşınlar yaxın günlərdə yerli yol istismar və tikinti idarələrinə veriləcək.

Daha çox xəbərlər

Leave a Comment