“Bravo, Məsut” – Komanda yoldaşından Özilə dəstək

Almaniya millisindəki karyerasını başa vuran Məsut Özilə “Arsenal”dakı komanda yoldaşı Hektor Belyerin dəstək olub. ARANTV.AZ  qol.az-a istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi “Tvitter” hesabında bununla bağlı yazıb: “Ölkəsi üçün sərhədlər içində və kənarında çox şey etmiş birinə belə hörmətsizilik etmək gərəksizdir. Bravo, Məsut. Bu davranışa qarşı sinə gərməyin möhtəşəmdir.”

Daha çox ..

Braziliyalı müdafiəçi “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. ARANTV.AZ qol.az-a istinadən verdiyiı xəbərə görə, braziliyalı müdafiəçi Vanderson Enrike do Naskimento Silva ilə 1 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu karyerası ərzində Braziliyanın “Vila Nova”, “San Xose”, “Yuventus”, “Operario”, “Anapolis” klublarında çıxış edib. Vandersonun son komandası İsrail “Bney Saxin”i olub.

Daha çox ..

“Real Madrid” gənc ulduzla maraqlanır

“Real Madrid” Dortmund “Borussiya”sının gənc ulduzu Kristian Pulusiçlə maraqlanır. ARANTV.AZ xəbər verir ki, “Bavariya” və “Çelsi”dən sonra “Real” da 19 yaşlı amerikalı futbolçu ilə maraqlanır. Madrid klubu Pulişiçə Eden Hazardın alternativi kimi baxır. Gənc futbolçunun hazırkı qiyməti 67 milyon avrodur. milli.az

Daha çox ..

Milli üzvü oynadı, komandası 1:1-ə razılaşdı

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Trabzonspor” növbəti yoxlama oyununu keçirib. ARANTV.AZ-ın apasport.az-a saytınıa istinadən verdiyi xəbərə görə, qaradənizlilər Qətərin “Al Duail” klubu ilə görüşüb. Görşüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Millimizin hücumçusu Ramil Şeydayev də qarşılaşmada iştirak edib. Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqə “Trabzonspor”un yeganə qolunun müəllifi Hüqo Rodalleqanın əvəzinə meydana…

Daha çox ..

Ödənişli yollarla bağlı prosedur TƏSDİQLƏNDİ

Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması haqqında məlumat verən yol nişanı quraşdırılacaq. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb. Məlumat və yol nişanları Azərbaycan dilində və…

Daha çox ..

Xərçəngdən əziyyət çəkən Zülfiyyə başına tatu etdirdi – Fotolar

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova xərçəngdən əziyyət çəkir. ARANTV.AZ-ın məlumatına görə, həm aparıcı, həm də vəkil olan Zülfiyyə saçlarını bir müddət əvvəl keçəl qırxdırıb. İndi sə Zülfiyyə başına xına ilə tatu etdirib. Onun tatusunu isə modelyer Şəlalə Qurbanova çəkib. axşam.az

Daha çox ..

“Qızım atasızlığı hiss etmir” – Məleykə Əsədova

“Ailə quranda da özüm onun yanında gedəcəm. Deyəcəm, tək olmaz”. ARANTV.AZ-ın məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova “Xəzər maqazin”ə açıqlamasında deyib. Qızı Gülərdən danışan aktrisa bildirib ki, övladına çox qadağalar qoyur: “Qızımın həm anası, həm də atasıyam. O, atasızlığı hiss etmir. Çünki onun ataların atası olan anası var. Mən həyatımı sənətimə qurban vermişəm….

Daha çox ..

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

ARANTV.AZ  xəbər verir ki, Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər. Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri…

Daha çox ..

Azərbaycan və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək

ARANTV.AZ xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail…

Daha çox ..

Bakıda uşaq ehtiyyatsızlıqdan eyvandan yıxıldı

Binəqədi rayonunda bədbəxt hadisə zamanı 10 yaşlı uşaq xəsarət alıb. ARANTV.AZ-ın Report-a istinadən verdiyi xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində baş verib. Süleyman Sani Axundov küçəsində 2008-ci il təvəllüdlü Quliyev Murad Vahid oğlu yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından ehtiyyatsızlıqdan yerə yıxılıb. Uşaq müxtəlif sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha çox ..