“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

ARANTV.AZ  xəbər verir ki, Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.
Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir