Hadisə 

Bakıda uşaq ehtiyyatsızlıqdan eyvandan yıxıldı

Binəqədi rayonunda bədbəxt hadisə zamanı 10 yaşlı uşaq xəsarət alıb.

ARANTV.AZ-ın Report-a istinadən verdiyi xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində baş verib.

Süleyman Sani Axundov küçəsində 2008-ci il təvəllüdlü Quliyev Murad Vahid oğlu yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından ehtiyyatsızlıqdan yerə yıxılıb. Uşaq müxtəlif sınıq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha çox xəbərlər

Leave a Comment