Prezident İlham Əliyev Xorvatiya Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə başsağlığı verib. ARANTV.AZ-ın məlumatına görə, başsağlığında qeyd edilir: “Hörmətli cənab Prezident. Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, […]
Azərbaycanın tanrı məbədi “Xudavəng” – VİDEO
27 il sonra işğaldan azad olunan Kəlbəcər istər tarixi abidələri, istər relyefi, istərsə də, digər yerüstü və yeraltı sərvətləri ilə Azərbaycanın ən gözəl guşələrindən biridir. Baku TV-nin əməkdaşı illər sonra düşmən tapdağından azad olunan Kəlbəcərdə, Ömər aşırımında, Xudavəng monastrında və rayonun digər ərazilərində olub, həmin yerlərdən reportaj hazırlayıb. Sözügedən süjeti təqdim edirik:
Zəngəzurdakı hidroelektrik stansiya Azərbaycana verilir? – VİDEO
Azərbaycanla Ermənistan arasında sərhədlərinin müəyyənləşməsi prosesi davam edir. Mövcud situasiyada Sünik, yəni Zəngəzur mahalının Qaraunc kəndinin Azərbaycanın suverenliyinə veriləcəyi bildirilib. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Kəndin strateji əhəmiyyəti onun ərazisində hidroelektrik stansiyasının da yerləşməsidir. Kənd məhz stansiya ilə birlikdə Azərbaycana təhvil veriləcək. Məlumatı Gorus merinin müavini Menua Hovsepyan da təsdiq edib. Ətraflı süjetdə:
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bu gün azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər. ARANTV.AZ xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. […]
ANAMA-dan növbəti antiterror əməliyyatı: Zəngilanda 275 kq plastik partlayıcı maddə zərərsizləşdirildi – FOTO
ANAMA Zəngilanda 275 kq plastik partlayıcı maddə aşkar edib 2020-ci ilin 30 dekabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat […]