Dünya
Gürcüstanda 1 527 yeni yoluxma, 24 nəfər ölüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 527 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 227 420, ölənlərin sayı isə 2505 nəfərə çatıb. Virusa yoluxanlardan 211 727 nəfərin sağaldığı bildirilir.
Suriyada avtobus partladıldı: 28 nəfər öldü
Suriyada sərnişin avtobusuna edilən terror hücumu nəticəsində 28 mülki şəxs öldürülüb, 13 nəfər isə yaralanıb. ARANTV.AZ xəbər verir ki, bu barədə “SANA” dövlət agentliyi məlumat yayıb. Məlumata görə, hücum saat 16:00 radələrində Deyr-əz-Zor – Palmira magistral yolunda, Kabajeb qəsəbəsi yaxınlığında baş verib.APA
Yəmən hava limanına hücum zamanı BQXK-nın üç əməkdaşı ölüb
Yəmən hava limanında baş verən partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üç əməkdaşı ölüb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat yer alıb. “Beynəlxalq Qırmızı Xaç Komitəsi Aden hava limanında baş verən partlayışda üç əməkdaşımızın ölümü ilə əlaqədar dərindən kədərlənir”, – məlumatda belə deyilir. Bundan əvvəl humanitar təşkilatın Cenevrədəki qərargahı […]
Əfqanıstanda hökumət avtomobili partladıldı: ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabulun rayonlarından birində baş verən partlayış nəticəsində ən az bir nəfər ölüb, iki nəfər yaralanıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə “Ariana News” telekanalı polisə istinadən bildirib. Məlumata əsasən, hadisə səhər saat 8 radələrində baş verib, ölkə hökumətinə məxsus avtomobil partlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Venesueladakı son buzlaq qlobal istiləşmə səbəbindən əriyir
Cənubi Amerika ölkəsi olan Venesuelanın ikinci ən yüksək zirvəsi Humboldtda son buz kütləsi qlobal istiləşmə səbəbindən sürətlə əriyir. Bu barədə “El Nacional” yazır. Venesuela tədqiqatçıları ölkənin şimal-qərbindəki Sierra Nevada de Merida dağında yerləşən Humboldt zirvəsindəki son buzlaqın ərimək üzrə olduğunu bildiriblər. Tədqiqatçıların 2019-cu ilin mayından 2020-ci ilin oktyabrınadək iqlim dəyişikliyi ilə bağlı qeydlərinə görə, Humboldt zirvəsində […]
Çin hakimiyyəti “Sinopharm” peyvəndini satmaq üçün şərti icazəni verdi
Çin hakimiyyəti ölkənin Dövlət Biotexnologiya Qrupu (CNBG) tərəfindən istehsal olunan yeni növ koronavirusa qarşı peyvəndin bazara mütəmadi olaraq gətirilməsi üçün şərti icazə verdi. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Əczaçılıq Məhsullarının Nəzarəti üzrə Dövlət İdarəsi rəhbərinin müavini Çen Şifey bildirib. Məlumata əsasən, Qrup əczaçılıq şirkəti “Sinopharm” tərəfindən idarə olunur. Ç.Şifey bildirib: “CNBG-nin […]
Kraliça Britaniya və Aİ-nin münasibətlərinə dair qanun layihəsini imzaladı
Britaniya Parlamenti krallığın birlikdən ayrılmasından sonra Avropa İttifaqı ilə sərbəst ticarət sazişini təsdiqlədi. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, parlament üzvlərinin növbədənkənar iclası zamanı sənəd İcmalar palatası və Lordlar palatası tərəfindən təsdiqlənib, daha sonra isə İcmalar palatasına yenidən qaytarılaraq II oxunuşda qəbul edilib. Sazişin II Elizabet tərəfindən imzalanması yeni qanunun Böyük Britaniya və AB arasındakı keçid dövrünün […]
İrlandiyada karantin qaydaları sərtləşdirildi
İrlandiya hökuməti növbədənkənar iclasda karantin məhdudiyyətlərinin sərtləşdirlməsi qərarını verib. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Mixol Martin milli telekanalın efirində deyib. Bildirilir ki, yanvarın 1-dən sakinlər yaşayəş yerlərindən 5 kilometrdən çox uzaqlaşa bilməzlər. Restoran, bar, bərbərxanalar bağlı olaraq qalacaqlar. Qraflıqlar ərazisində belə hərəkətə məhdudiyyətlər tətbiq edilir. Qida dükanları və apteklərdən başqa digər […]
Türkiyədə yoluxmanın statistikası
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 254 nəfər dünyasını dəyişib. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 642 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 15 692 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 194 272 […]