Cəbhədən Xəbər
Featured posts
Zakir Həsənov Vətən Müharibəsi qaziləri ilə görüşdü – VİDEO
Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan Vətən Müharibəsi qaziləri ilə […]
Müdafiə Nazirliyi Hulusi Akarın Azərbaycana səfəri ilə bağlı məlumat yaydı – FOTO
Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik […]
Azərbaycanın tanrı məbədi “Xudavəng” – VİDEO
27 il sonra işğaldan azad olunan Kəlbəcər istər tarixi abidələri, istər relyefi, istərsə də, digər yerüstü və yeraltı sərvətləri ilə Azərbaycanın ən gözəl guşələrindən biridir. Baku TV-nin əməkdaşı illər sonra düşmən tapdağından azad olunan Kəlbəcərdə, Ömər aşırımında, Xudavəng monastrında və rayonun digər ərazilərində olub, həmin yerlərdən reportaj hazırlayıb. Sözügedən süjeti təqdim edirik:
Zəngəzurdakı hidroelektrik stansiya Azərbaycana verilir? – VİDEO
Azərbaycanla Ermənistan arasında sərhədlərinin müəyyənləşməsi prosesi davam edir. Mövcud situasiyada Sünik, yəni Zəngəzur mahalının Qaraunc kəndinin Azərbaycanın suverenliyinə veriləcəyi bildirilib. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Kəndin strateji əhəmiyyəti onun ərazisində hidroelektrik stansiyasının da yerləşməsidir. Kənd məhz stansiya ilə birlikdə Azərbaycana təhvil veriləcək. Məlumatı Gorus merinin müavini Menua Hovsepyan da təsdiq edib. Ətraflı süjetdə:
ANAMA-dan növbəti antiterror əməliyyatı: Zəngilanda 275 kq plastik partlayıcı maddə zərərsizləşdirildi – FOTO
ANAMA Zəngilanda 275 kq plastik partlayıcı maddə aşkar edib 2020-ci ilin 30 dekabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat […]