Çərşənbə, 08 İyl, 2026

Şəhid atası vəfat etdi

Şəhid Sənan Quliyevin atası Qeyrət Quliyev vəfat edib. Ölkə.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Quliyev Sənan Qeyrət oğlu 1991- ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ailəsi böyük faciələr yaşayıb. Onun əmisi Quliyev Gündüz Əlqəmə oğlu 8 sentyabr 1991-ci il tarixində şəhid […]

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

“Arzum” ləqəbi ilə tanınan tiktokerin səhhətində problem yarandığı bildirilib. Musavat.com xəbər verir ki, onun rəfiqəsi sosial şəbəkə hesabında paylaşdığı videoda “Arzum”un vəziyyətinin pisləşdiyini açıqlayıb. Videoda tiktokerin səhhəti ilə bağlı narahatlıq ifadə olunub və onun hazırkı durumu izləyicilərlə bölüşülüb. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər şərhlərdə tiktokerə şəfa diləyərək tezliklə sağlamlığına qovuşmasını arzulayıblar. Xatırladaq […]

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub ÖLDÜRDÜ

Ağcabədi rayonunda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində aparılan təmir-bərpa işləri zamanı qeydə alınıb. “Azərişıq” ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./APA

Qarabağa turla gedənlər qəzaya düşdü: YARALILAR VAR

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Hadisənin başvermə […]

12 ton çətənə, silahlar və axtarışda olan şəxslər – son sutkanın əməliyyat nəticələri

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində cinayətkarlığa qarşı mübarizə istiqamətində növbəti mühüm nəticələr əldə olunub. Musavat.com xəbər verir ki, polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri zamanı dələduzluq cinayətinə görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bununla yanaşı, keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək […]

Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı

İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb. 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı […]

İranla sərhəddə əməliyyat – DSX MƏLUMAT YAYDI

İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana […]