Cəmiyyət 

27 sentyabr – Anım günü

Azərbaycan tarixinin ən şərəfli günlərindən biri 27 sentyabrdan 2 il ötür. Tarixin bu günü indi bizim üçün şəhidlərimizin anım günüdür.

2 il öncə bütün Azərbaycan xalqının vəhdətini gördük. Həmin gün Ali Baş Komandanımız Cənab İlham Əliyevin əmri ilə ordumuz mənfur düşmənə qarşı əks hücum əməliyyatına başlamışdı. O günlərdə xalq ordu birliyini görüb qürur hissi keçirirdik. 1988-ci ildən başlayan müharibənin günahkarları erməni vandalları üzərinə hücuma keçməyin sevincini hər kəsin üzündə görmək olurdu. Torpaqlarımızın işğaldan azad olunacağı günü çoxdan gözləyən xalqımız indi daha cəsur, daha qətiyyətli idi. Anım günü 27 sentyabr qələbəmizə doğru başlayan əlamətdar tarixi hadisə oldu.

XX əsrin sonlarından ermənilərin  xalqımıza qarşı amansız qətllər törətməsi , torpaqlarımızın işğalı kimi yadda qaldı.  Bu iyrənc siyasət Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirildi. Tarixin ən qəddar qətlləri, soyqrımları dövlət səviyyəsində törədildi. Ermənistan dövləti humanizmdən, insanlıqdan , bəşəri dəyərlərdən uzaq olan hərəkətləri ilə terrorçu dövlət anlayışını həyata keçirmiş oldu. 1988-ci ilən başlayan hadisələrin dinamikasına diqqət yetirək: 1990-cı illərdə Dağlıq Qarabağın şəhərləri arasındakı yolların bağlanması ilə ermənilər ilk separatçı cinyətlərini həyata keçirməyə başladılar. Şuşaya gedən helikopteri vurmaqla xeyli sayda soydaşımızın həyatına son qoydular. 1991-ci ilin 20 noyabrında görkəmli dövlət adamlarımızın uçduğu helikopteri vurmaqla görkəmli azərbaycan oğullarını şəhid etdilər. Xocalı, Ağdaban, Malıbəyli və neçə neçə kəndlərimiz erməni hücumlarına məruz qaldı, günahsız uşaqlar, qadınlar, qocalar fərqinə varmadan qırğına məruz qaldılar. Əsrin dəhşət dolu faciələri baş verdi. Bundan sonra da havadarlarından güc alan ermənilər xalqımıza qarşı soyqırım siyasətini davam etdirdi. Çirkin əməllərindən bir az da olsun belə əl çəkmədilər.1993-cü ildəki hakimiyyət böhranının yaranmasından istifadə edən ermənilər Dağlıq Qarabağla yanaşı 6 rayonumuzu da işğal etməklə qürrələnir, həyasızcasına xalqımızı milli hissiyatı ilə oynayırdılar. BMT-nin ermənilərin işğal etdikləri Azərbaycan rayonlarından qeyd şərtsiz çıxarılması barədə qətnamələri saya salmır, hətta ermənilər Bakıya qədər gəlməklə üzərimizə təhdidlər ünvanlayırdılar. Ancaq bilirdik ki, ermənilərin bu sərsəmləmələri çox çəkməz. Dağlıq Qarabağın və ətraf rayonların ermənilərdən azad olunması mütləq həllini tapacaqdır. Ümummilli lider Heydər Əliyevin üzaqgörən və ağıllı siyasəti sayəsində torpaqlarımızın azad olunmasına gün kimi inanırdıq. Və həmin gün sentyabrın 27 –də baş verdi. Uzun illər ümummilli lider Heydər Əliyevin apardığı uğurlu xarici və daxili siyasət Qarabağın erməni vəhşilərindən təmizlənməsinə xidmət edirdi. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin layiqincə ümummilli liderin yolunu davam etdirməsi qələbəyə gedən yolumuzu təmin etmiş oldu.

27 sentyabrda başlayan döyüşlər qısa vaxtda , 44 gün ərzinədə qələbəmizlə nəticələndi. Ali baş komandan , möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə müzəffər ordumuz qısa vaxtda uzun illərdən bəri erməni işğalında olan torpaqlarımızı azad etdi. Dünya hərb tarixində ən yüksək döyüş qabiliyyəti göstərməklə Şuşa kimi alınmaz qalanı erməni silahlılarından təmizlənmiş oldu.

Bu döyüşlərdə bütün xalqımız ayaqda olduğu kimi ədliyyə işçiləri də sidqi ürəkdən ordumuzun qələbəsini təmin etmək naminə əlindən gələni əsirgəməyib. Dəfələrlə orduya maddi yardımlar təşkil olunub, şəxsi heyətin iştirakı ilə cəbhə bölgəsinə göndərilib. Ədliyyə nazirliyinin sıralarında çalışan işçilər orduya qoşularaq vətənin müdafiəsində iştirak ediblər.Döyüşlər zamanı həm şəhid, həm də qazi olublar. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Əfsuslar olsun ki, Ermənistan Respublikası 10 noyabr 2020-ci ildə qol çəkdiyi kaputilyasiya aktının tələblərini yerinə yetirmir, onun müddəalarını məsuliyyətsiz olaraq pozmuş olur. Qarabağ ərazisindən olan erməni silahlı birləşmələri bölgədən çıxarılmalı olduğu halda hələ də bu tələb yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılmasına dair üzərinə götürdüyü öhdəlikləri Ermənistan Respublikası bu gündə yerinə yetirmir. Sərhəd delimitasiyası həllini tapmır. Sülhə gedən yol həmişə ermənilər tərəfindən daim təxribatlarla əngəllənir.

Möhtərəm prezidentimizin bir sözü var: Dəmir yumruq yerindədir. Erməni faşizmi nə vaxt baş qaldırsa dərhal cavabı veriləcək. Bəli , bu gün 27 sentyabr anım gününü qeyd edirik. Hansı ki, bu yolda minlərlə vətənpərvər, qeyrətli Azərbaycan oğulu canından keçərək qələbəmizi təmin etmiş oldular. Bu gün üçün bizim şəhidlərimizə vəfa borcumuz var. Onların ruhu daim qəlbimizdə yaşayacaq. Əziz xatırələri həmişə əziz tutulacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elşən Quliyev- Yevlax Qeydiyyat Şöbəsinin rəisi.

Daha çox xəbərlər