Dünya Rusiyada mebel fabrikində dəhşətli yanğın başlayıb – FOTO/VİDEO By Vüsal Rafiqoğlu 08.01.2021 2 Min Read Moskvada “Brotex” mebel fabriki ərazisində metal anbar yanır. Yanğının sahəsi səkkiz min kvadratmetrdir. Bu barədə 360 TV kadrlar yayıb. Zərərçəkənlər barədə məlumat verilməyib. Hazır mebellərin saxlanıldığı anbarda 15-ə qədər propan balonunun olduğu vurğulanıb.