Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur”
Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə aparılan rəsmi danışıqlarda və yerində icra olunan texniki işlərdə irəliləyişlərin olduğu bəyan edilib. Bakı tərəfi iki ölkə arasındakı sülh prosesinin ən mühüm qollarından biri hesab olunan delimitasiya prosesinin gedişatını müsbət qiymətləndirib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə rəsmi açıqlamasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Xarici siyasət idarəsinin rəhbəri bu mürəkkəb və strateji tapşırığın yerinə yetirilməsi məqsədilə hər iki ölkənin iştirakı ilə xüsusi dövlət komissiyasının yaradıldığını və bu komissiyanın işinin mütəmadi, nizamlı əsaslarla davam etdirildiyini xatırladıb. Nazir hazırda əldə olunmuş hüquqi bazaya diqqət çəkərək vurğulayıb: “Biz bu kontekstdə çox açıq bir müsbət dinamika görürük.
Bu günə olan məlumata görə, delimitasiya üzrə komissiyaların birgə fəaliyyətini birbaşa tənzimləyən müvafiq normativ-hüquqi aktlar artıq hər iki tərəfdən tam qəbul edilib və rəsmən təsdiqlənib”.