Çərşənbə, 08 İyl, 2026

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbul prosesi ilə bağlı qeydiyyat tarixləri müəyyənləşib.

Ölkə.az xəbər verir ki, qəbul prosesi aşağıdakı qrafik üzrə həyata keçiriləcək:

Bölmə və region Qeydiyyatın başlanma tarixi və vaxtı
Azərbaycan bölməsi (Bakı şəhəri istisna olmaqla digər rayon və şəhərlər) 13 iyul, saat 11:00
Azərbaycan bölməsi (Bakı şəhəri üzrə) 13 iyul, saat 15:00
Tədris digər dillərdə aparılan bölmələr 14 iyul, saat 11:00

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 12-də başa çatacaq. Ümumi təhsil müəssisələrinə sənəd qəbulu isə 1-30 sentyabr 2026-cı il tarixlərində aparılacaq.