Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Elnur Allahverdiyev: “Vikipediya”da addım-addım irəliləyib, öz mövqeyimizi qəbul etdirməliyik”

By Vüsal Rafiqoğlu
11.01.2021 3 Min Read

“Vikipediya”nın ingilisdilli bölümündə Azərbaycan barədə məqalələrin yaradılmasında aktivlik müşahidə edilməkdədir. Bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə millət vəkili Elnur Allahverdiyev də fəal şəkildə qoşulub. E.Allahverdiyev bizimlə söhbətində təbliğatın mühüm elementlərindən olan “Vikipediya” ilə bağlı işlərin hansı məcrada davam etməsinə aydınlıq gətirib.

– Son zamanlar “Vikipediya”nın ingilisdilli seqmentində Azərbaycan barədə məqalələrin yaradılmasında fəallıq hiss olunur. Sizin sosial şəbəkələrdəki paylaşımlarınızda bu yöndə təşəbbüslərlə çıxış etdiyiniz görünür.

– Bəli, belə bir fikrə biz Vətən müharibəsinin gedişatında gəldik. Gənc yaşlarına baxmayaraq, “Vikipediya” sahəsində xeyli təcrübəsi olan vətənpərvər gənclərimiz çalışır. Onların bir qrupu ilə bu barədə müzakirələr apararkən qərara gəldik ki, Vətənimizi, tariximizi, mədəniyyətimizi dünyada təbliğ etmək üçün səylərimizi birləşdirək, bacarıqlı, həvəsli gənclərimizi stimullaşdırıb belə bir təşəbbüsün əsasını qoyaq. “Qorqud” “Vikipediya” Metodiki Klubu ilə əməkdaşlığımız beləcə yarandı. Onlayn formatda təlimlərə başladıq ki, istənilən şəxs qoşula bilsin. Məsələn, bu gün Almaniyadan, Kanadadan təlimlərə qatılan soydaşlarımız var.

Açığı, gizlətməməliyik ki, “Vikipediya” ermənilərdən xeyli geridə qaldığımız böyük platformadır və burada düşmənin Azərbaycan, Qarabağ haqqında yanlış məlumatlar yerləşdirməsinin qarşısını maksimum şəkildə almalıyıq. Təsəvvür edin, bizim bu təşəbbüsümüz elə bil okeanda bir damladır. Bu işə daha geniş imkanlarla, potensialla qoşulmağa ehtiyac var. Elmi resurslarımız, alimlərimiz, mediamız bu istiqamətdə hədsiz aktiv olmalıdırlar.

– Aktivlik deyəndə nəyi nəzərdə tutursunuz?

– Bilirsiniz, “Vikipediya”da məqalə yerləşdirmək düşündüyümüz qədər sadə iş deyil. Çoxumuz fikirləşirik ki, istənilən mövzuda məqalə yaradıb, “Vikipediya”ya “yükləyə” bilərik. Bu, müəyyən mənada belədir, ancaq təsəvvür etdiyimiz qədər də yox… Tutaq ki, hər hansı bir şəxs özü barədə səhifə yaradır. Əgər bu şəxs ensiklopedikdirsə, bunu etmək problemli məsələ deyil. “Vikipediya”nın Azərbaycan üzrə administratorları Bakıdadırlar və səhifəyə edilən yoxlanışın obyektiv nəticəsini tezliklə almaq olur. Ancaq siz ingilis, alman, ispan, rus və s. dillərdə tutaq ki, Şuşanın azad olunması, yaxud Kəlbəcərdəki qədim alban monastırı olan Xudavəng barədə məqalə yerləşdirmək və ya mövcud olanın üzərində dəyişiklik etmək istəyirsinizsə, bilməlisiniz ki, bu çox mürəkkəb prosesdir.

– Səbəb nədir?

– “Vikipediya” nüfuzlu və etibarlı, dünya tərəfindən qəbul edilən elmi məqalələrə, mənbələrə istinad edir, yaxud dünyanın tanınmış media qurumlarına. İndi gəlin baxaq: tarix mövzusunda dünyanın nüfuzlu elmi jurnallarında, nəşrlərində bizim elm adamlarının məqalələri çoxdur, ya ermənilərin? Xudavəng monastırının alban məbədi olmasını sübut edən və ABŞ-ın, Böyük Britaniyanın, Fransanın elmi nəşrlərində dərc olunan, bizim mövqeyimizi əks etdirəm elmi işlər çoxdur, yoxsa “erməni kilsəsi” olduğunu iddia edən əsərlər? Ona görə də sizin bu mövzuda hər hansı yenilik, əlavə, dəyişiklik cəhdinizi “Vikipediya” mütləq yoxlayacaq və həmin mənbələrə müraciət edəcək.

Yaxud, tutaq ki, hər hansı erməni belə bir məzmunda məqalə yerləşdirib: “Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı dinc erməni əhalisinə qarşı zorakılıq tətbiq edib”. O məqaləni yaradarkən, misal üçün, “The New York Times”da bu məzmunda çıxan bir yazıya istinad edib. “Vikipediya” məqaləyə dərhal “hə” deyəcək, çünki adı çəkilən mətbu orqana etibar edir. Biz isə ölkəmizdə onlarla sayt və qəzetdə bunun əksini iddia etsək də, heç nəyə nail olmayacağıq. Bizim yerli mənbələrin, kitabların, əsərlərin “Vikipediya” üçün əhəmiyyəti yoxdur. Çünki o informasiya mənbələri “Vikipediya” tərəfindən tanınmır, istinad nöqtəsi kimi qəbul edilmir. Bu baxımdan, sözügedən platformada nəsə qazanmaq istəyiriksə, jurnalistlərimizdən tutmuş elm adamlarımızadak ilk növbədə dünyanın populyar informasiya mənbələrində aktivlik göstərməliyik.

– Başqa sözlə, bu, qət ediləsi uzun yoldur.

– Haqlısınız. Bu istiqamətdə böyükmiqyaslı işlər görülməlidir. Məncə, dövlətin bu sahəyə ciddi dəstəyi olmalıdır. “Google”da istənilən məzmunda axtarış verən kimi ilk mənbə olaraq “Vikipediya”nı göstərir. Deməli, bu, çox mühüm təbliğati müstəvidir. Döyüş meydanıdır. Bu platformada addım-addım irəliləyib, tarazlığa nail olmalıyıq, öz mövqeyimizi qəbul etdirməliyik. Yol uzundur, ancaq çətinliklər də onları aşmaq üçün mövcuddur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ÜST mütəxəssisləri Çinə gedir: Koronavirusun yeni növü araşdırılacaq

Next

23 yaşlı şəhidin anası: “Hər gün paltarlarını iyləyirəm” – VİDEO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv