Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Gəl, bağrıma basım səni, ürəyimdən asım səni!

By Vüsal Rafiqoğlu
11.01.2021 4 Min Read

Müzəffər Ordumuz həqiqətən də torpaqlarımızın azad edilməsi uğrunda əsil qəhrəmanlıq nümunəsi göstərmişdir. Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində 2800 – dən şox əsgər və zabitimiz misilsiz qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəldi. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Şəhid Kamal Mirzəliyev də şəhid kimi adını tarixə yazıb. Vətən müharibəsində cəsur kəşfiyyatçı kimi öndə gedən igid əsgərlərimizdən olub.

O, 1996 – cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə  anadan olmuşdur. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı  məktəbdə orta təhsil almışdır.

Kamal ailənin sonbeşiyi və iki bacının – İlahə və Ülviyyə bacılarının yeganə qardaşı idi. Hələ kiçik yaşlarından ailənin güzəranını yaxşılaşdırmaq üçün, dərsdən kənar vaxtlarında atasının dəmirçi sexində ona kömək edərdi. Məktəbi bitirdikdən sonra Kamal 2016 – cı ildə hərbi xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb.

Ötən il Sentyabrın 27 – də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. Xeyli vaxt idi Kamalın qəlbini bir hiss rahat buraxmırdı. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan xain düşməndən intiqam almaq hissi.

Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına  şəhid olmuşdur. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda uyuyur.

Kamaldan ailəsinə, qohum – qardaşlarına ürək dağlayan xatirələr qaldı. Onun  haqqında qohumu Mirşah  Əhmədov  danışanda insanın könül duyğuları yerindən oynayır. O, bir az qürurla, bir az da ürək ağrıdan pərişanlıqla dedi:

– Qohumlar arasında uşaqdan – böyüyə hamı Kamalı çox istəyirdi. Kamal deyirdi ki, Vətənimizi xoşbəxt görmək üçün düşmən tapdağı altında olan torpaqlarımızı azad etməliyik. Torpağımıza göz dikənin gözlərini ovmalıyıq.

O, bütün qohumlarınınsevimlisi idi. Elə öz ömrünü də şərəflə yaşadı və könlümüzdə taxt qurdu. Çox az danışan idi. Sanki utancaq baxışları arxasında dərin düşüncələrini gizlədirdi. Üzündən heç vaxt təbəssüm əskik olmazdı. Təbəssümü şəkillərində də əks olunub. Kamal sakit təbiətli, həlim xasiyyətli gənc idi. Qapqara gur saçları mis rəngli simasına xüsusi yaraşır, qartal baxışı, igidlərə məxsus duruşu onun qəhrəmanlığından xəbər verirdi.

O, Şəhidlik zirvəsinə ucaldı. Kamal bizim qürur yerimizdir. Onu həmişə xoş xatirələrlə anacağıq.

… Şəhid Kamal Mirzəliyevin  atasının kədəri içini doğrayırdı. Ömrünün ağır dəqiqələrində  oğlunun şəklini bağrına basır, ürəyinin başına sıxırdı. Kamalın divardan asılan şəklinə dönə – dönə baxıb, sanki deyirdi: “Gəl, bağrıma basım səni, ürəyimdən asım səni.” Şəhid atasının üzündəki vüqarlı kədərin tamaşasından sanki ətrafdakı insanlar da sehrlənmişdi. Ömrün vüqarlı qəm yükünü daşımaq hər kişinin işi deyil. Çünki o vüqarlı qəm hər ataya nəsib olmur. Şəhidlik zirvəsi ərlər, ərənlər, igidlər üçündür.

Şəhidlər torpağa tapşırılanda sanki göydən yerə nur ələnir. Torpağın üzü soyuqdur deyə, şəhid anaları oğlunun məzarındakı qara torpağa üz sürtür. Şəhid analarının qəlbini göynədən nisgil hamımızın nisgilimizdir.

Kamalın atası Əjdər Mirzəliyev və anası Zülfiyyə bacı insanın hörmətini də, qədir – qiymətini də halal zəhmətdə, alın təri ilə qazanılan halal çörəkdə görən ləyaqətli insanlardır. Övladlarını ürək təpəri ilə, dilək hünəri ilə boya  – başa çatdırmaq üçün gecələrini gündüzlərinə qatıb çalışıblar. Onları əməksevərlik, vətənsevərlik ruhunda böyüdüblər. Məhz ailədə aldığı tərbiyə Kamalın Vətəninə sədaqətlə xidmət etməsinə, şəhidlik zirvəsinə ucalmasına səbəb oldu.

Sizə təsəlli verməkdən başqa əlimdən nə gəlir ki, Əjdər qardaş, Zülfiyyə bacı! Bu sətirləri yazdıqca mənim də əlimdə qələm ağlayır, bu kədər mənim də ürəyimi dağlayır. Kamal indi tək sizin oğlunuz deyil, bütöv bir məmləkətin, bütöv bir millətin oğludur. O, Azərbaycan adlı bir məmləkətin, millətimiz kimi böyük, ulu bir millətin varlığını yaşatmaq üçün şəhid olmuşdur. İgidtək yaşamaq, şəhidtək ölmək hər oğulun işi deyil. Bu gün sizin oğlunuzun adı general həşimovlar, qəhrəman mübarizlər kimi şəhidlər sırasındadır.

Ağlama, şəhid anası, ağlama, şəhid atası! Qoy şəhid balanızın könlü, ruhu şad olsun… İndi nurüzlü şəhid oğlunuz cənnət sakinidir. Şəhidlər daim gənclik yaşındadır. Şəhidlər ölmürlər.

Həzi Həsənli,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şair – publisist.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Evinizi təravətli saxlayın…

Next

AQTA-dan yoluxucu heyvan xəstəlikləri ilə bağlı – Xəbərdarlıq

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv