Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Nə zaman Qarabağın azad olunmasından danışsaq…

By Vüsal Rafiqoğlu
11.01.2021 3 Min Read

Nə zaman Qarabağın azad olunmasından danışsaq, bax elə o zaman sənin adın çəkiləcək, İbrahim 

Salam olsun, şəhidim, salam olsun, Vətənin bütövlüyü üçün canını qurban verən  qəhrəmanım. Qürur dolu baxışlarınla köçüb getdin bu dünyadan, ən uca məqama yüksəldin, qardaşım. “Oğul var, evdən gedir, oğul var, eldən gedir” deyiblər. İbrahim, sən eldən gedən oğullarımızdan oldun. Şəhidim, eşitdim ki, sənin hərbçi olmaq ən böyük arzularından biri olub. Hərbçi olmaq istərkən daha böyük zirvəyə çatmısan, qardaşım. Və həmin arzularını gerçəkləşdirməkdən ötrü canından, doğmalarından-hər şeydən, hər kəsdən keçməyə hazır olmusan. Çünki sən ilk əvvəl Vətən deyib, sonra sevdiklərinin adını çəkirdin.

Sənin “ana” adlı nisgilin vardı, qardaşım. O nisgil ki, nə ana qoxusunu, ana qayğısını doyunca ala bilmədin. İbrahim, sənin haqqında qohumlarından, döyüş yoldaşlarından, kimdən soruşdumsa, mərdliyindən, igidliyindən, cəsurluğundan, qorxmazlığından, Vətənə olan sonsuz sevgindən, torpaqlarımızın azadlığa qovuşmağını dilə gətirməyindən ağızdolusu danışırlar. Elə Vətən müharibəsi zamanı döyüşlərə  könüllü, ürəklə  qatılmağın da  doğmalarının sadaladıqlarını bir daha təsdiq edirdi. Sən doğma torpaqlarımıza ayaq basdığın zaman dünyanın ən xoşbəxt insanı olmuşdun, bilirəm. Həyat yoldaşına zəng etdiyin zaman ilk cümlən bu olubdu: “Bu torpaqların havasını ciyərlərimə çəkdiyim zaman dünyanın ən xoşbəxt insanı oluram”. Şəhidim, sən Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə bir tarix yazdın. O tarix ki, heç bir zaman silinməyəcək. Sən adını  əbədiyyət zirvəsinə  ömürlük  həkk etdirdin.

Ay İbrahim, sən döyüş meydanında nigarandın doğmalarından ötrü.  Onlardan xəbər tutan kimi “siz yaxşı olun ki, mən də burada rahat olum” deyirdin. Oktyabrın 30-u idi, sanki hiss etmişdin şəhid olacağını, duymuşdun artıq ali məqama yüksələcəyini, ölümsüzlüyə qovuşmağa hazırlandığını. Həyat yoldaşınla  danışarkən: “bu yolda geri dönməməkdə var, əzizim, əgər mən geri qayıda bilməsəm, səni ailənə və atama həvalə edirəm. Bu gün bizim daha çox duaya ehtiyacımız var. Vaxt gələr, övladlarımıza atalarının keçdiyi döyüş yolundan danışarıq, Gülüsüm, zaman o zaman olacaq ki, sən mənimlə fəxr edəcəksən. Biz namazımızı qılıb Allahdan hər birimizə kömək üçün dua edəcəyik”,- deyib dəstəyi yerə qoymuşdun. İbrahim, demək, gün həmin gün idi… Yarınla danışdıqdan düz yarım saat keçmişdi ki, üzərinə yağan mərmi güllələrindən canını qurtara bilmədin. Elə o andaca gözlərini əbədiyyən  yumub  şəhidlik zirvəsinə  ucaldın, bizinsə qəhrəmanına çevrildin. 30 illik həsrətimizi  sevincimizə çevirənlərimizdən oldun. Adın tariximizin qızıl,şanlı səhifələrinə  müqəddəs Şuşa uğrunda döyüşən və şəhid olan qəhrəman kimi yazılacaq…

Qardaşım, xəbərin varmı, sən şəhidlik məqamına ucalan zaman sanki canın qədər sevdiyin Gülərinə ayan olmuşdu. Yuxuda qapı döyüldüyünü, sənin şəhidlik xəbərinin gətirildiyini görür. Elə bu andaca böyük təlaşla oyanan Gülər tez sənin nömrəni yığır və cavab vermədiyini görür. Gülər artıq yuxusunun gerçək olduğunu başa düşmüşdü o məqamda…

Dünya yıxılmışdı atanın çiyinlərinə. Atan sənin övladlarının dünyaya gələcəyi, baba adını qazanacağı günü səbirsizliklə gözləyirdi. Daşıdığı sənsizlik yükü nə qədər  ağır olsa da, bir o qədər vüqarlıydı dağ çinarlı atan… Atan, bacın, həyat yoldaşın daha dik baxırdılar ölümün gözünə, daha əzmlə dayanmışdılar dünya pəncərəsi önündə, çünki onlar şəhid ailəsi adını qazanmışdılar. Ay İbrahim, bilirsənmi, atanın yanında adını çəkər-çəkməz cümlələri boğazında düyünlənib qalırdı. “Canımın parçası olan oğlumu itirsəm də, TƏKİ VƏTƏN SAĞ OLSUN. Vətənimizin sağalmayan yaralarını İbrahim kimi mərd oğullarımız sağaltmalıydı əlbət”,- dedi atan.

Şəhidim, doğulduğun Naxçıvan  şəhərinə,dəfn olunduğun Naxçıvan torpağına gəlişinin necə izdihamlı olduğunu gördün, bilirəm. Səni tək ailən, sevdiklərin deyil, bütün Naxçıvan sakinləri qarşıladı həmin gün. O torpaq necə müqəddəsdir ki, sənin kimi qəhrəman oğullarımız tapşırılıb o torpağa. İbrahim, ölümündən sonra cənab Prezidentimiz İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”  medalı ilə  təltif olunmaq xəbəri ayan olar sənə. Bu təltif Ali Baş Komandanımızın öz əsgərinə verdiyi etimadının  göstəricisidir. Xoşbəxtsən ki, həmin əsgərlərdən biri də sən oldun, şəhidim. Xoşbəxtsən ona görə ki, Qarabağ torpağının azadlığına imzasını atan igidlərimizdən oldun. Nə zaman torpaqlarımızın bütövlüyündən söz açılsa, nə zaman Qarabağımızın adı çəkilsə, bax elə o zaman sənin adın çəkiləcək – İbrahim İbrahimov!

Nuray Əsgərova

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfərimiz antimilli şuranı niyə narahat edir?

Next

Bakıda evdən kişi meyiti tapıldı

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv