Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

WhatsApp: hərbi sirlərimiz düşmənə sıza bilər: NƏ ETMƏLİ?

By Vüsal Rafiqoğlu
11.01.2021 4 Min Read

Dünyanın ən populyar mobil messencer proqramı sayılan WhatsApp ciddi problemlərlə üzləşib.

Messencerin rəhbərliyi istifadəçilərlə müqaviləni təzələmək niyyətini açıqlayandan sonra kütləvi narazılıqlar başlayıb. Milyonlarla istifadəçi messencerdən imtina edərək alternativ proqram əlavələrinə üz tutublar.

Xatırladaq ki, WhatsApp messenceri istifadəçilərlə anlaşmanı yeniləyib. Bundan belə “vaçap”dan istifadə edən hər kəs öz şəxsi, konfidensial məlumatlarının Facebook korporasiyasına verilməsinə “könüllü” razılıq verməlidir.

Yeni anlaşmada deyilir: “Facebook korporasiyasının bir hissəsi olan WhatsApp istifadənin xasiyyəti, zövqü, nəyə üstünlük verməsi və s. ilə bağlı gərəkli informasiyanı korporasiyadakı bütün başqa proqram əlavələri ilə bölüşəcək.

Bu, istifadəçinin tələbatını və istəklərin nəzərə almaqla reklamın fərdi seçimi servislərinin yaxşılaşdırılması, müştəriyə daha çox uyğun gələn kontentin və fərdi xidmətlərin təklif edilməsi ilə bağlıdır”.

Beləliklə, WhatsApp-dan istifadə edənlər və bundan sonra da “WhatsApp” istifadəçisi olmaq istəyənlər mütləq şəkildə yeni müqavilə ilə razılaşaraq, onu qəbul etməlidir.

Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcək.

Məlumat mübadiləsinə icazə verməsəniz, artıq “WhatsApp” istifadə edə bilməyəcəksiniz.

Nədir yenilik?

Təsəvvür edin, dostunuzla və ya qohumunzla özünüzə velosiped alıb-almamağı müzakirə edirsiniz. Bu zaman İnstagram-da velosiped reklamları çıxacaq qarşınıza.

Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda Facebook-da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz.

Bundan belə WhatsApp-ın hər biri istifadəçisi barədə bütün məlumatlar Facebook-a ötürüləcək.

Ötürüləcək konfidensial məlumatlardan agah olun:

– Hesabınızla əlaqəli şəxsi məlumatlar

– Telefon nömrəniz

– Dostlarınızın əlaqə nömrələri

– Telefonunuzun əməliyyat sistemi haqqında məlumatlar

– Çatlarda danışdığınız qarşılıqlı məlumatlar

– IP ünvan

– GPS məlumatlarınız

– Digər şəxsi məlumatlar.

WhatsApp-ın da istifadəçiləri barədə məlumatları Facebook-a vermək barədə qərarı onun populyarlığının azalmasına səbəb olub.

Üstəlik, ABŞ-da hakimiyyət dairələri Facebook-un bir neçə hissəyə bölünməsi barədə düşünürlər. Səbəb Mark Zukerberqin korporasiyasının internet-messencerler sektorunda Facebook Messenger və WhatsApp sayəsində inhisarçı mövqe tutmasıdır.

Facebook rəhbərliyinin ABŞ-ın indiki prezidenti Donald Trampın Facebook, İnstagram-dakı akkauntlarını bloklaması vəziyyəti daha da ciddiləşdirib.

Türkiyədə isə prezident Rəcəb Tayyib Ərdoğan WhatsApp-dan imtina etdiyini bəyan edəndən sonra dövlət qurumları kütləvi şəkildə messencerdən boyun qaçıraraq yerli BiP messencerinə keçidə başlayıblar.

Eyni situasiya Hindistanda da yaşanır. Yerli Treyderlər Assosiasiyası ölkə hökumətinə müraciət edərək rəsmi Dehlini WhatsApp-ın yeni müqaviləni gerçəkləşdirməsinə mane olmağa çağırıb: “Ya yeni müqavilənin həyata keçirlməsi dərhal qadağan olunmalıdır, ya da WhatsApp-la bu messencer servisinin sahibi olan Facebook-un Hindistanda fəaliyyətinə son qoyulmalıdır”, – Assosiasiyanın tələbində deyilir.

Hindistanda Facebook-un 200 milyon, WhatsApp-ın isə 310 milyon istifadəçisi var.

Dehli narahatdır ki, WhatsApp istifadəçiləri barədə bütün şəxsi məlumatlar, onların əlaqələri, olduqları yer, ödənişləri və s. barədə məlumatları Facebook asanlıqla əldə edəcək.

Pakistanda ölkə mediası vətəndaşları WhatsApp-dan imtina edərək kütləvi şəkildə Telegram messencerinə keçməyə çağırırlar.

Rusiyada da eyni vəziyyətdir.

Tam əksəriyyəti ABŞ şirkətləri olan bu servislər son vaxtlar “big data” inhisarçılarına çevrilərək istifadəçilərlə bağlı əldə edə bildikləri bütün məlumatları toplayırlar.

Eyni zamanda, senzura və bloklanma metodlarından da sui-istifadə olunur.

Məsələn, İkinci Qarabağ Savaşında ermənilərin cinayətləri və vəhşilikləri barədə statuslar paylaşan azərbaycanlı Facebook istifadəçiləri arasında profilinə ən müxtəlif cəzalar tətbiq edilən, bloklananların sayı həndəsi silsilə ilə artmışdı. Savaş günlərində bloklanma az qala kütləvi hal almışdı.

Hələ 2012-ci ildə İnstagram-ı satın alan Mark Zukerberq iki il sonra, 2014-cü ildə WhatsApp-ı da əldə edərək inhisarçıya döndü.

İndi ABŞ-ın 46 ştatının baş prokuroru birgə iddianamə ilə çıxış edərək Facebook-dan Instagram və WhatsApp satmağı, bundan sonra sözügedən sövdələşmələri yalnız rəsmi qurumların müvafiq icazələrindən sonra gerçəkləşdirməyi tələb edirlər.

Məsələ necə həll olunsa da, sosial şəbəkələrin əsas iki bəlası – senzura və istifadəçilərin izlənməsi həll olunmamış qalır.

Belə davam edərsə, Faceboook və WhatsApp-dan imtina edənlərin sayı sürətlə artacaq.

WhatsApp çətin durumu çözməyə çalışaraq dünən qeyri-rəsmi şəkildə “yeni qaydalar qəbul edilməyəcək” xəbərini yaydı. Lakin bu xəbər rəsmi olaraq heç bir mənbə tərəfindən təsdiqlənmədiyindən istifadəçilər narahatdır, təbəddülatdadır.

Messencerin rəhbərliyi istifadçilərin narahatlığına heç bir səbəb olmadığını, şirkətin E2E tipli şifrələmə sistemindən istifadəyə davam etdiyini vurğulasa da, belə açıqlamalara inam çox azdır.

Yaranmış situasiyada azərbaycanlı istifadəçilər də dürüst qərar verməlidir. Xüsusilə bir məqamı əsla nəzərdən qaçırmamalıyıq: Facebook-un texniki servisinin aparıcı mütəxəssisləri və rəhbərləri, xüsusilə də kontent moderatorları arasında ermənilər az deyil. Onların sayı onlarladır.

WhatsApp və Facebook Messenger vasitəsilə yazışmalarda diqqətli olmaq gərəkdir.

Xüsusilə də hərbçilərimiz, çünki sözügedən servislər istifadəçinin yerləşdiyi məkanı GPS geolokasiyası vasitəsilə asanlıqla təyin etməklə yanaşı, onun kimlərə və nə məzmunlu mesajlar yolladığını da asanlıqla müəyyənləşdirir.

Qarabağda, işğaldan azad edilmiş ərazilərdə olan hərbçilərimizin məkanlarını müəyyən etmək isə artıq hərbi sirrin pozulması sayıla bilər.

Düşmənə hərbi sirrlərdən yararlanmağa qətiyyən imkan vermək olmaz və bunun üçün alternativ messencer proqramları seçilməli, onlardan istifadə olunmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Alimlər koronavirusun orqanizmdə yayılmasına kömək edən ferment aşkar ediblər

Next

Bakı Fond Birjasında 2020-ci ildə keçirilən əməliyyatların həcmi açıqlanıb – FOTO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv