Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın dağıdılmış ərazilərinin bərpasına Ermənistandan alınacaq təzminat da cəlb oluna bilər – TƏHLİL

By Vüsal Rafiqoğlu
12.01.2021 4 Min Read

Azərbaycanı növbəti dövrdə çoxşaxəli və mürəkkəb proseslər gözləyir. Ötən ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan pandemiyanın iqtisadiyyata təzyiqi fonunda 30 ilə yaxın işğal altında olan torpaqları uğrunda hərbi mübarizəyə başladı və qalib gəldi.

Bundan sonra isə vəziyyətin gətirdiyi öhdəliklərin məsuliyyəti daha çox olacaq. Işğaldan azad olunmuş ərazilərdə aktiv iqtisadi münasibətləri bərqərar etmək üçün həyat əhəmiyyətli infrastrukturun qurulması ilkin istiqamətlərdən birini təşkil edəcək. Əhalinin gəlir mənbələrinin formalaşması üçün müxtəlif təsərrüfat və sənaye obyektlərinin fəaliyyətə başlaması gözlənilir. Bu ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilər üçün 2,2 milyard manat vəsait ayrılıb. Xərclərə, xüsusilə dövlət xətti ilə alınan mallara nəzarətin çox ciddi həyata keçirilməsi nəzərdə tutulub.  Bu məbləğ ərazilər üzrə işlərin həyata keçirilməsinə, müvafiq infrastrukturların yaradılmasına və regionun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına sərf olunacaq. Həmçinin, Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üçün işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı yaradılıb.

Dağlıq Qarabağ və ətraf rayonlarda iqtisadi aktivliyin qurulması üçün təkcə dövlətə məxsus maliyyə resurslarının cəlb edilməsi kifayət etmir. Bunun üçün özəl sektor da bərpa işlərinə və biznes fəaliyyətinin qurulmasına təşviq edilməlidir. Bu istiqamətdə dövlət dəstəyi nəzərdə tutulub. Belə ki, ərazidə iqtisadi aktivliyi təşkil etmək üçün sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, ipoteka proqramlarının həyata keçirilməsi, sosial mənzillərin tikintisi və digər məqsədlər üçün 152 milyon manat vəsait nəzərdə tutulub. Yəni, dövlət xətti ilə həm güzəştli kreditlərin verilməsi, həm kreditlərin ödənilməsində sahibkarlara dəstəyin verilməsi, həm də tikinti fəaliyyətinin tezliklə təşkili təmin ediləcək.

Bununla yanaşı 44 günlük müharibənin əsas qəhrəmanları olan hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də bu il büdcədən 35 milyon manat vəsait ayrılıb.

Əraziyə yönləndiriləcək maliyyə vəsaiti bölgədə sosial fəaliyyəti təmin etməyə yönəlib. Buna görə də, ərazidə kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsi prioritet təşkil edir. İşğaldan azad edilən ərazilər hesabına növbəti illərdə əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Bu proqramlara 460 milyon manatdan çox vəsaitin ayrılıb.

İşğaldan azad edilən ərazilərin bərpa edilməsində təkcə Azərbaycanın maddi resurslarından istifadə edilməyəcək. Bu istiqamətdə Ermənistanın və işğalçı ölkənin təminatçılığı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərin də ölkəmizə dəyən ziyana görə ödəyəcəkləri təzminat səfərbər edilə bilər.

Ermənistan həm Azərbaycana məxsus əraziləri 30 ilə yaxın istismar edib, həm əraziləri dağıdaraq yararsız hala salıb, həm də Azərbaycanın mülki obyektlərinə zərər vurub. Buna görə də bərpa işlərinə qədər digər vacib məsələ dəymiş ziyanın hesablanması olacaq. Bütün şəhərlərin, kəndlərin video və foto çəkilişləri aparılacaq, təsdiq ediləcək və protokollaşdırılacaq. Dağıdılmış ərazilərin peyk vasitəsilə çəkilişləri nəzərdə tutulub. Növbəti dövrdə bu sənədləşdirilmiş faktlar Azərbaycana vurulan ziyanın dəyərinin ölçülməsində istifadə ediləcək.

Onu qeyd edək ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın dəyəri ölçülməzdir. Çünki, dağıntıların əsas subyektini tarixi abidələr təşkil edib. Ölkənin tarixi abidələrinə bu cür ziyan vurulması beynəlxalq hüquq normalarının və müharibə hüququnun şərtlərinə tamamilə ziddir.

Təbii ki, təzminat davasının başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalı və burada son 30 ildə Azərbaycanın itirmiş olduğu gəlir və ekologiyamıza dəyən ziyan öz əksini tapmalıdır. Xüsusilə onu vurğulamalıyıq ki, Ermənistanın Azərbaycana ekoloji terroru nəticəsində ölkəmizin 54 min hektar meşə fondu məhv edilib. Dünyanın “yaşıl” iqtisadiyyata milyonlarla dollar sərmayə qoyduğu bir dövrdə Ermənistanın bu addımı qəbuledilməzdir. Buna görə də, təbiətə dəymiş ziyanın da hesablanması dövlət üçün vacib istiqamət olacaq.

Ermənistan dövləti ilə yanaşı ölkənin təminatçılığı ilə Azərbaycana məxsus yataqları qanunsuz istismar edən şirkətlər də qeyri-leqal fəaliyyətlərinə görə təzminat ödəməlidirlər. Bu rəsmi tələb qəbul edilmədiyi halda Azərbaycanın məsələni məhkəməyə daşımağa tam hüququ var.

Azad edilən ərazilər bizə nə qazandıracaq və əsas gözləntilərimiz nələrdir?

Ərazilərimizin işğaldan azad edilməsi ilə ölkənin su ehtiyatları artacaq. Bu ərazilərdə çox böyük su mənbələri var. Ermənistan illərlə Azərbaycanı bu mənbələrdən məhrum edib. Növbəti dövrdə Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq. Həmçinin, Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilib və bu da bizə əlavə dividendlər gətirəcək. Təxmini hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə edib. Ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin edilib. İşğaldan azad edilən ərazilərin su ehtiyatlarından da səmərəli istifadə növbəti ərəfədə ətraf bölgələrdə suvarma sistemlərinin şaxələndirilməsinə imkan verəcək.

Eləcə də, azad edilmiş torpaqların böyük enerji potensialı var. Bu ərazilər yaşıl enerji zonasına çevrilə bilər. Lakin, nəzərə alaq ki, ermənilər 13 su elektrik stansiyasını dağıdıblar. Bu stansiyaların yenidən işə düşməsi ilə əhalinin ərazilərə geri qaytarılması iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşacaq.

Bu bölgənin yaşıl enerji zonası kimi dünya üçün nümunə olacağı gözlənilir. Ən müasir, iqtisadi cəhətdən ən sərfəli, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji tətbiqi ilə hədəfdə duran məqsədə nail olunması proqnozlaşdırılıb. Bərpaolunan enerji məsələləri ilə bağlı xarici investorların azad olunmuş torpaqlara cəlb edilməsi də vacib istiqamətlərdəndir.

Paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər isə davam etdirilir. Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Şuşa şəhərinə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

Eləcə də, SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur. Bu ərazilərdə 4 min meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Eləcə də, kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. Bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. Həmçinin, yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində də işlər görülür. Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək.

Artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu ərazilərin inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. İqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Portuqaliya prezidenti koronavirusa yoluxub

Next

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv