Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Trampa sosial şəbəkə qadağan edildi – ekspert doğru sayır…

By Vüsal Rafiqoğlu
12.01.2021 3 Min Read

Konqresdəki iğtişaşlardan sonra Twitter, Facebook və İnstagram sosial şəbəkələri ABŞ prezidentinin üzünə bağlanıb; Qulu Məhərrəmli: “Tramp idarəolunmaz adamdır, demokratiyaya zidd olsa da, ictimai maraqları qorumaq baxımından düzgündür”

ABŞ-da prezidentliyinin son günlərini yaşayan Donald Trampın sosial şəbəkə hesablarının bloklanması nonsens hadisə kimi qiymətləndirilir. İfadə azadlığına hörmət edilən ölkədə dövlət başçısının sosial media profillərinin qapadılmasının ciddi presedent yaradacağı söylənilir.

“Yeni Müsavat” xəbər verir ki, Twitter, Facebook və İnstagram sosial şəbəkələri Trampın üzünə bağlanıb.

Bu qərarın ikinci və üçüncü dünya ölkələri, onların liderləri, habelə avtoritar rejimlərdə dövlət rəhbərlərinin rəqiblərinə qarşı analoji metoddan istifadə edəcəyi haqda fikirlər, proqnozlar səslənməkdədir.

Eyni zamanda qərarın nə dərəcədə qanuni olması sual doğurur. Bu addım ABŞ kimi azad söz, plüralizm olan ölkədə hüquqpozma kimi dəyərləndirilir.

Trump Casually Confirms Medicare Is on the Chopping Block | Vanity Fair

ABŞ Dövlət Departamenti özü illik hesabatında interneti məhdudlaşdıran ölkələri, hakimiyyətləri sərt tənqid edir.

Ancaq öz prezidentinin sosial şəbəkə hesabları bağlanır, internetdən istifadə azadlığı boğulur.

Bu hadisə Dövlət Departamentinin növbəti hesabatına salına bilərmi? Ümumiyyətlə, Trampla bağlı bu addım əsaslıdırmı?

Rusiyalı senator Aleksey Puşkov deyib ki, Trampın Tvitterdə bloklanmasından Rusiya nəticə çıxarmalıdır:

“Artıq bəllidir ki, sosial platformalar siyasi böhran halında ABŞ xaricində də necə fəaliyyət göstərir və göstərəcək. Xarici internet platformalarından tam asılılıq ölkəmizin suverenliyi ilə uzlaşmır”.

Çeçenistanın başçısı Ramzan Kadırov isə Trampla bir-birinə oxşadıqlarını açıqlayıb:

“Əgər əvvəl o, məni sosial şəbəkələrdə bloklamışdırsa, indi Tanrı ədaləti bərpa etdi və nəticədə üsyançı Donald Trampın hesabları bloklandı”.

Maraqlıdır ki, Trampın hesabının qapadılmasından sonra Twitter şirkətinin səhmləri 3,77% azalıb. Hazırda Tvitterin səhmlərinin dəyəri 49,54 dollara düşüb.

Tramp isə yeni sosial şəbəkə yaratmaq niyyətindədir. Bu barədə özü məlumat yayıb: “Uzun müddətdir ki, Twitter söz azadlığının məhdudlaşdırılmasında daha da irəliləyir.

Mən nə olacağını proqnozlaşdırırdım. Biz müxtəlif saytlarla danışıqlar aparırıq, tezliklə mühüm məlumat verəcəyik.

Bununla yanaşı, yaxın gələcəkdə öz platformamızı yaratmaq imkanını nəzərdən keçiririk. Bizi susdura bilməyəcəklər!”

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik...”

Professor, media eksperti Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Trampla bağlı Amerikada misli görünməmiş hadisələr baş verir.

Onun fikrincə, ümumiyyətlə, ABŞ tarixində yaşanmayan proseslər cərəyan etməkdədir: “İlk dəfə konqres əleyhinə qiyam qalxdı, bu, Amerika tarixində olmayan hadisədir.

Həmçinin Trampın nümunəsində seçkini uduzmuş namizəd hakimiyyətdən getməkən imtina edir və buna müqavimət göstərir. Amerika siyasətində görünməmiş hadisələr idi”.

Q.Məhərrəmli hesab edir ki, bu proseslər bir nüansı təsdiqlədi – Amerikada prezidentin kimliyi yox, qanunun aliliyi əhəmiyyətlidir:

“Bu hadisələr Amerika demokratiyasını sahmana salmaq üçün bir xəbərdarlıq oldu, boşluqlar göründü. O baxımdan Trampın sosial media hesablarının bağlanması məqsədyönlü addımdır.

Məlum oldu ki, Amerika cəmiyyəti təkcə ənənəvi mediadan məlumat almır, sosial şəbəkənin kütləyə ciddi təsiri var. Sosial media isə tənzimlənən sahə olmadığı üçün orada nə gəldi yazırlar, verirlər.

Ona görə Amerikada əhalinin böyük hissəsi sosial şəbəkələrin təsiri altındadır. Tramp da bundan istifadə edərək tərəfdarlarının hərəkətini motivasiya edirdi.

Hüquqi baxımdan hesabların bağlanması doğru olmaya bilər, amma qərar ictimai təhlükəsizliklə bağlıdır. Amerika qanunlarla tənzimlənir.

Ona görə  bir fərdin sosial şəbəkə hesablarının bağlanması başqadır, prezidentin hesablarının bloklanması isə başqa…

Burada ictimai maraqlar əsas götürülür. Çünki Tramp idarə olunmayan adam hesab edilir, yazdığı tvit kütləni mənfi istiqamətə yönəldə bilir”.

Q.Məhərrəmlinin sözlərinə görə, Amerika qanunları baxımından qərar demokratiyaya ziddir, lakin ictimai maraqları qorumaq baxımından məqsədəuyğun addımdır:

“Gəlinən ən ciddi nəticə odur ki, ABŞ bir fərdin avtoritar düşüncəsinin deyil, qanunun aliliyi hesabına yaşayır. O cəhətdən Trampın sosial şəbəkə hesablarının bağlanmasını doğru hesab edirəm.

Tramp idarəolunmaz adamdır, son günlər atdığı addımlar Amerika reallığı üçün adekvat deyil. Bu qərarla hadisələrin qızışması, kütləvi xarakter alması qabaqlandı.

Ona görə preventiv addım kimi düzgün idi. Konqresdə də bildirildi ki, iğtişaşlara səbəb Trampın çıxışının nəticəsidir. Bu baxımdan Amerika demokratiyası üçün bir dərs oldu.

Mənə belə gəlir ki, baş verənlər ABŞ demokratiyası üçün bir sınaq idi və Tramp bu yolla qalib gəlsəydi, ölkə üçün fəlakət olardı.

Təbii ki, hadisələr Amerikanın imicini müəyyən qədər zədələdi, amma avtoritar rejimlər Trampın sosial şəbəkə hesablarının bağlanmasını əldə əsas tutub azadlıqları boğmalı, bundan sui-istifadə etməli deyillər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan üçün tək şans – Bataqlıq, yoxsa aydınlıq?

Next

“Azərenerji” Suqovuşandakı SES-lərin təmirinə başladı – VİDEO

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv