Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı

By Vüsal Rafiqoğlu
13.01.2021 2 Min Read

Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlər heç də arzuedilən deyil. Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən yaşanan tənəzzül meyilləri 2008-ci il böhranından daha dərin olacaq.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, yeni növ koronavirus pandemiyası başlayandan bəri təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Azərbaycanın adının bu siyahıda olmadığını deyən deputat qeyd edib ki, ölkəmiz pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır:
“Bundan başqa, məsuliyyətli dövlət olan Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə töhfə olaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon ABŞ dolları həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə Prezident İlham Əliyevin təşəbbüsü ilə təxminən 5 milyon insanı əhatə edən sosial dəstək proqramı reallaşdırılıb. Azərbaycan 2020-ci ilin çətin sınaqlarından uğurla çıxmağı bacardı”.

A.Hüseynov bütün bunların təməlində Azərbaycanın güclü iqtisadiyyatının dayandığını bildirib. “Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. Bu gün milli iqtisadiyyatımız mənfi xarici şoklara müqavimət göstərmək iqtidarındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi”.

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir:

“Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilməsi sıradan bir hadisə sayıla bilməz. Diqqət yetirək, Dünya Bankının yenidən işlənmiş “Doing Business” hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Sözügedən hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin islahatçı obrazı əmsalına görə respublikamız beşinci sırada gəlir. Hökumətin uzunmüddətli strategiyası indeksi üzrə ölkəmiz 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsi əmsalına görə isə 11-ci yerə layiq görülüb.

Respublikamızda aparılan infrastruktur quruculuğuna verilən qiymət də kifayət qədər yüksəkdir. Beləliklə, dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə Azərbaycan 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi indeksinə görə isə 12-ci yerdə qərarlaşıb. Ölkəmiz avtomobil yollarının keyfiyyəti indeksi üzrə dünyada 24-27-ci yerləri bölüşür. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir”.

A.Hüseynov əlavə edib ki, bəhs olunan hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb: “Dünya səviyyəsində etiraf olunan bu uğurların arxasında Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət dayanır. Son 17 ildə Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun qurub ki, bu da uğurlarımızı şərtləndirir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Atasının qəbri üzərində uzanan balaca HƏR KƏSİ QƏHƏRƏ BOĞDU

Next

Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb – Komissiya üzvü

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv