Gürcüstanda koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edilib
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.
O qeyd edib ki, üçüncü dalğa ilə mübarizədə dünya təcrübəsindən istifadə ediləcək və yoluxmanın minimuma endirilməsi istiqamətində iş aparılacaq.