Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Qeyri-adi fobiyalar

By Vüsal Rafiqoğlu
13.01.2021 2 Min Read

Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissinə bürünmə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir. Bu yazıda son illər ərzində yayılan qeyri-adi fobiyaları təqdim edirik.

Akrofobiya

Akrofobiya yunan mənşəli söz olub, “akron” və “fobos” sözlərinin birləşməsindən yaranmışdır və yüksəklik qorxusu mənasını verir. Bu qorxunu yaşayan insanlar yüksək yerlərə qalxdıqda  narahatlıq, sürətli ürək döyüntüsü, əl titrəməsi, tərləmə, ağlama və başgicəllənmə kimi simptomlar yaşayırlar. Fobiyanın bu növü tez-tez uçmaq qorxusu (aerofobiya) ilə qarışdırılır. Bu qorxunu yaşayan zaman insan əsasən tarazlıq duyğusuna etibar etmir və həmin situasiyada tutunacaq yer axtarır. Təbii ki, yüksək yerlərdə narahatlıq hiss etmək qeyri-adi bir hadisə deyil. Məsələn, bir göydələnin yuxarı mərtəbəsindən aşağı baxarkən başgicəllənmə və əsəbilik hiss edə bilərsiniz. Ancaq bu hisslər çaxnaşmaya səbəb ola bilməz.  Akrofobiya isə, olduqca güclü təsirlərə malikdir. Bu halda siz, hətta bir körpüdən keçərkən yaxud bir dağ, və ya hər hansı yüksəkliyin fotoşəklini görmək barədə düşünərkən yüksək qorxu hissi keçirə bilərsiniz. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki,  akrofobiya son illər ərzində  ən sıx rast gəlinən qorxulardan biridir.

Neofobiya

Neofobiya yeni əşyalar və yaxud əldə edilmiş yeni təcrübələr qarşısında duyulan qorxu hissidir. Psixologiyada bu fobiyadan əziyyət çəkən insanlarda,  həmçinin hər hansı yeni bir əşyaya qarşı qəzəb və nifrət hissi yaranır.

Bir çox konservativ insanlar  çox vaxt köhnə adət-ənənələri qorumaq və hər şeyi əvvələ qaytarmaq istəkləri səbəbindən neofob adlandırılırlar. Texnofobiya isə neofobiyanın bir növüdür və yeni texnologiyalardan qorxu hissi ilə izah edilir.

 Nomofobiya

Mobil telefonsuz qalmaq qorxusundan əziyyət çəkən insanlar  nomofobiyadan əziyyət çəkirlər. Psixoloqlar tərəfindən aparılan son  tədqiqatlar göstərir ki, mobil telefon istifadəçilərinin təxminən 50% -i nədənsə cib telefonundan istifadə edə bilmədikləri təqdirdə bir qədər narahat olurlar.Bəzi insanlarda da belə hallar irrasional pozuqluğa  səbəb ola bilər.

Faqofobiya

Elə insanlar var ki, onlar üçün hər hansı bir  qidanın yeyilməsi narahat bir məqama çevrilə bilər . Bu tip insanlar  qidanı udaraq, boğulmaqdan qorxurlar. Belə tip qorxu növünə faqofobiya deyilir  və yaxud udmaq qorxusu.

Udma  ilə yaranan  çətinliklər  tamamilə psixoloji bir problemdir, çünki bu tip xəstələr yoxlanışa gedəndə   onların yemək borusunu müayinə etdikdə, anormal bir şey tapılmır . Lakin edilən belə müayinələr xəstələrin qorxusunu yox etmir və onların əksəriyyəti,  hətta boğulmamaq üçün yalnız maye şəklində və ya asanlıqla udulması asan olan qidaları yeyir.

Skopofobiya

Skopofobiya – kənardakıların diqqətini özünə çəkmək qorxusudur. Bu fobiyadan əziyyət çəkənlər digər insanlardan kənarda durmağa çalışır, ünsiyyətdən qaçırlar. Onlar tədricən paranoikə çevrilir, evdə daha çox vaxt keçirməyə üstünlük verirlər.

Skopofobiya insan psixologiyasına dağıdıcı təsir göstərən bir fobiya növüdür. Yaranma səbəbi kimi skopofobların uşaqlıq dövründə istehza obyekti olmaları göstərilir. Belə insanlar böyüdükdən sonra da başqalarından nə ilə isə ciddi fərqi olduqlarını düşünüb, narahatlıq keçirirlər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İnsanın beynində yaddaş üçün yer bitə bilərmi?

Next

“Ermənilər yaramı KEYİDİCİSİZ tikdilər” – Əsirlikdən qayıdan əsgərimizdən ŞOK AÇIQLAMA

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv