Yevlaxda kişi arvadını xəstəxanalıq etdi
Yevlaxda kişi arvadına çapacaqla xəsarət yetirib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Hacıselli kəndində qeydə alınıb.
Məlum olub ki, Hacıselli kəndi sakini, 1974-cü il təvəllüdlü Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızına çapacaqla xəsarət yetirib.
Həkimlər E.Qarayevanın vəziyyətini normal qiymətləndirib. Müayinədən sonra o, evə buraxılıb.
M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.Oxu.Az