Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

By Vüsal Rafiqoğlu
16.03.2021 3 Min Read

Təcavüzkar Ermənistan 30 ilə yaxın işğal müddətində Azərbaycanın mədəni irsinə qarşı sözün əsl mənasında soyqırımı həyata keçirib. Tarixi torpağımız olan Qarabağda xalqımızın mədəni kimliyini məhv etmək üçün ən çirkin vasitələrdən istifadə edən erməni vandalları Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağda tarixi, arxeoloji, mədəni-dini abidələri dağıdıb, maddi-mədəniyyət və incəsənət nümunələrini talan ediblər.

Azərbaycan mədəniyyətinə Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş edən Qarabağda Ermənilərin hərbi təcavüzü nəticəsində yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı dağıdılıb. O cümlədən Ermənilərin hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidləri, Natəvanın saray kompleksi, ziyarətgah və ibadətgahlar, daş heykəllər, qədim qəbirlər və kurqanlar dağıdılıb, muzeylərdən oğurlanmış xalçalar dünyanın müxtəlif ölkələrində qara bazarlarda satılıb.

Ən acınacaqlısı odur ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı da mədəni irsimizə qarşı öz cinayətkar əməllərini davam etdirib. Belə ki, münaqişə zonasından təxminən yüz kilometrlərlə uzaqda yerləşən, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücumları edərək dinc insanları öldürməklə yanaşı, tarixi tikililərimizə də zərər veriblər. Onların bu vandal əməlləri nəticəsində XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav Kilsəsi kimi digər abidələr də zərər görüb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri nəticəsində artıq Qarabağda yüksək səviyyədə həyata keçirilən bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağa hər səfəri çərçivəsində yeni müəssisələrin təməlini qoyur, açılışlar edir, böyük qayğıkeşliklə məscidlərimizi, tarixi-mədəni abidələrimizi ziyarət edir.

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Ölkəmizin başçısı Hadrutda Azərbaycan bayrağını ucaldıb, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub, Azıx mağarasına baş çəkib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən paylaşdığı görüntülərdə dövlət başçısı bildirir: “Dırnaqarası “Arsax” dövləti cəhənnəmə getdi. Dövlət idisə, niyə daş-daş üstünə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bura Azərbaycanındır!”.

Azıx mağarasına baş çəkən ölkə başçısı bildirib ki, bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960- cı ildə aşkar edib və ondan sonra burada tədqiqatlar aparılıb: “Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan qanunsuz olaraq bu mağaralarda işlər aparmışdır. Qanunsuz olaraq xaricdən alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Bu ziyanın hamısını onlar ödəyəcək. Onları məcbur edəcəyik. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Dövlətimizi başçısı, həmçinin Hünərli kəndindəki Alban məbədi ilə tanış olarkən deyib ki, ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər: “Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar, bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı-“İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar”.

Bəli, gün gələcək erməni vandalları 30 illik işğal dövründə Azərbaycan ərazilərində törətdikləri insanlıq əleyhinə cinayətə, mədəni və ekoloji terrora görə beynəlxalq məhkəmələr qarşısında cavab verərək öz layiqli cəzalarını alacaqlar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlarda yerləşən tarix-mədəniyyət abidələri, mədəniyyət evləri, kitabxanalar, teatr, musiqi məktəbləri və muzeylərə dəyən zərər ermənilər tərəfindən ödəniləcək. Həmçinin bu ərazilərdə erməni faşistləri tərəfindən dağıdılan mədəni irsimizin nadir inciləri, milli ruhumuzun və qürurumuzun rəmzi olan tarixi abidələrimiz, məscidlərimiz eləcə də mədəniyyət müəssisələri bərpa edilərək onlara yeni nəfəs veriləcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sözün bitdiyi, gözün xəcalətdən qapandığı məkan

Next

Parlament Prezident və birinci xanıma təbrik məktubu göndərəcək

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv