Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Sözün bitdiyi, gözün xəcalətdən qapandığı məkan

By Vüsal Rafiqoğlu
16.03.2021 3 Min Read

«Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib.»

İşğaldan azad olunan torpaqlara səfərləri zamanı  gördüyü mənzərədən dəhşətə gələn Prezident İlham Əliyevin bu sözlərini canlı müşahidə edən   Azərbaycandakı  diplomatik korpusun nümayəndələri,  xarici  jurnalistlər Ağdamı  Xirosima ilə müqayisə edərək erməni vəhşiliyini, barbarlığını, qəddarlığını XXI əsrin faciəsi adlandırdılar. Vətən müharibəsi davam etdiyi müddətdə dünyanın tanınmış 30-dan artıq KİV-lərinə, televiziya kanallarına müsahibələrində Ermənistanın dağıdıcılıq missiyasının işğalçı ölkənin dövlət siyasəti olduğunu faktlarla açıqlayan Prezident İlham Əliyev bildirirdi ki,  ayaqları dəyən yerləri xaraba qoyan ermənilərin genetikasında dağıdıcılıq, barbarlıq milli keyfiyyət kimi nəsildən- nəsilə keçərək  milli xarakterə çevrilib.

Bu günlərdə yerli  media və  qeyri-hökumət təşkilatları rəhbərlərinin (QHT), bloqerlərin, ictimai fəalların  Ağdama  səfəri və  müşahidələr əsasında yazılanlar, açıqlamalar anamız qədər sevdiyimiz torpağa bağlılıq, yanarlılıq baxımından daha kövrək,  yanğılı idi. İnanılmaz dəhşəti  görən,  « insanın tüstüsünü təpəsindən çıxaran» misalına uyğun keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkən həmkarlarımızın qeyd etdikləri kimi, bu yerdə mənzərəni təsvir etməkdə sözün qüdrəti belə gücsüzdür.  Bayquş xislətli ermənilərin  özlərindən sonra xaraba qoyduqları, doğma nəfəsə ehtiyac duyan dağıdılmış evlər,  «daşdan səs çıxdı, məndən səs çıxmadı» müdrik kəlamına uyğun  lal divarlar  həqiqi mənada  sözün bitdiyi, gözün xəcalətdən qapandığı yerin canlı tablosu idi.

…Dünya tarixində  itmiş, yer üzündən silinmiş, daşı-daş üstə qalmayan, yalnız  kiçik işartıları ilə  vaxtı ilə yaşayış məskənləri olduğu bilinən şəhərlər olub.   Vezuvi vulkanının lavaları altında qalan  Rompey, Herkulanum, Stabiya şəhərlərinin minlərlə sakini yanıb, kül oldu.  «İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an, eyvani-Mədaini ayineyi, ibrət san» yazan mütəfəkkir şair Əfzələddin Xaqaninin «Mədin xərabələri» qəsidəsi insanlıq üçün ibrət dərsidir.  Şair «Hər bülbülü bir bayquş, hər nəğməni növhə» misrası  ilə   bülbülü  susduran bayquşu, nəğməni əvəz edən növhəni şər qüvvə kimi təqdim  edir. Ermənilər də bu qəbildən olan bayquş niyyətlidir.  Bu yerlərin xarı bülbülünü  qanlı əlləri ilə susduran ermənilərin törətdikləri əməllər göstərdi ki, xaraba aşiqliyi  bu millətin dəyişilməz genefondunun əsas «sərvətidir.»

…Xocalı soyqırımına  məruz qalan insanların ilk pənah yeri olan Ağdam elə o vaxtdan düşmənə göz dağı idi. Sonradan rayonun işğal olunmuş ərazilərində  daha dəhşətli  qırğınlar törədərək «güllənmiş şəhər»dən hayıfını çıxan daşnaklar demək olar ki, daşı-daş üstə qoymayıblar.  Bu da təbiidir. Ən qatı terrorlarda adı çəkilən erməniliyin  fəlsəfəsində bütün  dünya od-alov, qan, öldürülmüş insanların cəsədləri  içərisində təsvir və qəbul olunur. Təkcə Ağdamı deyil, 30 il işğal altında saxladıqları  Azərbaycanın bütün ərazilərində  qanla yoğrulmuş  «fəlsəfələrinin» tablosunu yaradan erməni təfəkkürünə görə,  təkcə canlılar deyil, gözlə görünən hər şey  məhvə məhkumdur.

Amma artıq mənzərə dəyişir.  Şanlı zəfərimizdən sonra doğmalarının  isti əllərinin  hərarətini hiss edən bu divarlar indi uçuq-sökük , lal-dinməz  deyil, lay divar kimi dayanıblar. Yaralarının sarılacağı günü gözləyən torpaqlarımız kimi daşı-daş üstə qalmayan evlərimiz, tarixi abidələrimiz, ziyarətgahlarımız da  yenidən «doğulacaqları» günün həsrətindədirlər.  Düşmənin yox etməyə  çalışdığı daşımız, torpağımız,  yolumuz, qurutmaq istədiyi bulaqlarımız, çaylarımız canlanır.   Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır: «Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq…Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.»

Nə qədər çətin, məsuliyyətli olsa da , Vətənə vurulmuş yaralar sağalacaq. Ağdamın «ağ damları» yenə boy-boya verəcək, əvvəlkindən daha gözəl görkəm alacaq. Bu əminlik bizə babalarımızdan qalan torpağa sahib çıxmaq, onu qorumaq, əkib-biçmək əmanətidir. Vətəni düşməndən xilas edənlər onu qorumağı da bacarırlar. Bu, özgüvənlik bizə babalarımızdan yadigar qalan, əsatirlərdə yaşanan   sərvətinə sahiblənmək bacarığından, inamından qaynaqlanır.

…Torpaqları daim yağı düşmənin hücumuna məruz qalan   ölkənin əhalisi qorunmaq üçün qala kimi möhkəm divar tikməyi qərara alır. Amma divarın hörgüsü başa çatmamış uçurmuş. Həmin yerin  tanınıb bilinən , sayılıb-seçilən başbilənləri  dünyagörmüş, əsri başa vuran bir müdrikdən məsləhət istəyirlər.   Ağsaqqal deyir ki, şücaətinə arxayın olan,  divara sütun ola biləcək igidlərinizi bir yerə toplayın.  Bu xəbəri eşidər- eşitməz bütün  ərənlər bir nəfər kimi  səf tutur, sıraya düzülürlər.  Bunu görən pirani deyir ki, belə igidləri olan xalqa divar lazım deyil. Bu gün  Azərbaycanda düşmənin dağıtdığı evləri dirçəldəcək, sökülən divarları yenisi ilə əvəz edəcək Vətən oğulları  on minlərlədir. Düşməni yuvasına qədər qovan, babaları qulağı kəsik Andranikin taleyini yaşadan Azərbaycanın   igidləri nəyə qadir olduqlarını bütün dünyaya bəyan etdilər. Bildirdilər ki, Vətənimizin düşmənə sinə gərəcək qaladan da  möhkəm , qüdrətli  oğulları var.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan xaricdən ət alışını azaldıb

Next

“Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv