Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Lirənin dəyəri düşür: Azərbaycanda Türkiyədən ucuz onlayn alış-veriş edənlər üçün əsl fürsətdir – ŞƏRH

By Vüsal Rafiqoğlu
30.03.2021 3 Min Read

Türk lirəsinin dollar qarşısında ucuzlaşması tendensiyası davam edir. Ölkədə inflyasiyanın qarşısını almaq üçün hökumət bir sıra addımlar atsa da, mövcud vəziyyət dəyişməz olaraq qalır. Cari ilin fevral ayının ortalarında dollar indeksinin ötən dövrlə müqayisədə kəskin düşməsi ilə əlaqədar qısamüddətli olaraq türk lirəsi dəyər qazansa da bu gün lirənin çətin dövr yaşadığı bildirilir.

Lirə son günlərdə 10 faizə qədər ucuzlaşıb. Türkiyənin pul vahidi dörd il ərzində dollar qarşısında yarı-yarıya dəyər itirib. Türkiyədə iki il ərzində üç dəfə Mərkəzi Bankın sədri dəyişib. İlk olaraq Türkiyənin Mərkəzi Bankının sədri Murat Uysal vəzifəsindən azad edilmiş və yerinə Naci Ağbal seçilmişdi. Bu yaxınlarda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı əmrə əsasən Mərkəzi Bankın yeni sədri Şahap Kavcıoğlu təyin edilib.

Aprel ayında Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin faizlə bağlı qərar verəcəyi gözlənilir. Hazırda faiz dərəcəsinin azaldılmasına ümid edilir.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev Oxu.Az-a açıqlamasında bildirib ki, türk lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsinə iki aspektdən yanaşa bilərik.

Onun sözlərinə görə, türkiyəli istehsalçılar məsələyə iki cür reaksiya verə bilər:

“Qısamüddətli dövr üçün istehsalçılar gözləmə mövqeyindədir. Lirə yenidən bahalaşa və ya daha da ucuzlaşa bilər. İndi qərar vermək bir qədər çətin olacaq və buna görə də qiymətlər sabit saxlanılacaq. Digər tərəfdən məzənnə fərqini qapatmaq üçün qiymətlər artırıla bilər lakin qərar verildikdən sonra məzənnə əvvəlki səviyyəyə qayıda və ya kəskin ucuzlaşma ilə müşahidə oluna bilər.

Bəs bu gözləmə insanlara hansı imkanı yaradır?

Türkiyədən alış-veriş edən ayrı-ayrı şəxslər və ya kiçik ticarətlə məşğul olan biznesmenlər üçün gözləmə dövrü bir fürsətdir. İndiki halda onlar məhsulları daha ucuz qiymətə əldə edə bilərlər. Onlar həm məhsulu alan zaman daha az ödəniş edir, həm də burada həmin məhsulları daha ucuz sata bilirlər.

Tutaq ki, gözləmə mövqeyi bitdi, lakin türk lirəsi üçün vəziyyət dəyişmədi…

Bu müddət ərzində artıq yəqinlik yaranacaq. Türk lirəsi indiki vəziyyətdə qalacaq, bahalaşacaq ya da ucuzlaşacaq. Stabilləşmə dövründə isə türkiyəli istehsalçılar qiymətləri artıracaqlar. Türk lirəsi nə qədər düşübsə, həmin nisbətdə də məhsullar bahalaşacaq. Onlar da öz satışlarını dollara və yaxud avroya nisbətdə həyata keçirmək istəyəcəklər. Doğrudur, satış lirə ilə həyata keçirilsə də məzənnə əsas götürüləcək. İndiki qısamüddətli dövrdə yaranmış vəziyyəti fürsətə çevirmək olar, lakin bu davamlı olmayacaq. Qiymətlər istehsalçı şirkətlər tərəfindən artırıldıqda məzənnə fərqi aradan qaldırılacaq”.

İqtisadçı bu prosesin iki ölkə arasındakı böyük şirkətlərin ticarət əlaqələrinə təsirindən də danışıb. O vurğulayıb ki, böyük ticarət dövriyyəsi olan şirkətlərin qiymət siyasəti müqavilələrdə nəzərə alınır:

“Müqavilələrdə qiymətlər formalaşdırılan zaman beynəlxalq valyutalardan birinə sabitlənə bilər. Məhsulun dəyəri dollar və ya avro ilə ölçülür. Bununla da alqı-satqı vahid bir valyuta ilə həyata keçirilir. Qeyd etdiyim qısamüddətli fürsətdən sadəcə kiçik ticarət sahələri və ya ayrı-ayrı şəxslər yararlana bilər. Şirkətlər arası əlaqələrdən danışsaq deyə bilərik ki, pulun dəyərdən düşməsi, oynaması kimi məsələlərin hamısı müqavilələrdə öz əksini tapır”.

Əslində qonşu dövlətlərdə məzənnənin kəskin dəyişməsi yerli məzənnəyə də müəyyən təzyiqlər yaradır. Sonda belə bir nəticəyə varmaq olar ki, məzənnənin dəyişməsi ayrı-ayrı şəxslərin alqı-satqı əməliyyatlarında və böyük şirkətlərin biznes fəaliyyətində özünü fərqli istiqamətlərdən göstərir.

Qeyd edək ki, hazırda 1 Türkiyə lirəsi 0.21 AZN-ə bərabərdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

17 dərəcə isti olacaq

Next

Karantin rejimi nə zaman sərtləşdirilə bilər? – AÇIQLAMA

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv