Kriminal Bakıda gənc boğazından bıçaqlanıb By Vüsal Rafiqoğlu 14.05.2021 1 Min Read Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ bildirir ki, hadisə Ələsgər Bağırov küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Vəliyev Valeh Habil oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.