Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Kriminal

Lənkəranda arvadını və qaynını güllələyərək öldürən şəxs ömürlük həbs edildi

By Vüsal Rafiqoğlu
18.10.2021 2 Min Read

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərvan Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, S.Ağayev ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 26-da saat 13:00 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri – 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı, 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü S.Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı əvvəllər məhkum olunmuş S.Ağayev yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gələn keçmiş həyat yoldaşı A.Nəbiyevanı, qaynanası Z.Nəbiyevanı və qaynı M.Nəbiyevi ov tüfəngi ilə güllələyib. Nəticədə A.Nəbiyeva və M.Nəbiyev hadisə yerində ölüb, Z.Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən təxminən iki kilometr kənarda isə S.Ağayevin odlu silahdan özünə xəsarət yetirdiyi məlum olub və o, rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.

Hadisə yerinə baxış zamanı iki ədəd nömrəsi silinmiş ov tüfəngi, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilib, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Daha sonra S.Ağayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaxın günlərdə yenidən onlayn təhsilə qayıda bilərik – Məktəblərdə yoluxma sürətlə artır

Next

Baş nazir büdcə təsnifatı ilə bağlı qərar imzaladı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv