Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Dini və etnik müxtəlifliyimiz xalqımızın ən böyük sərvətidir

By Vüsal Rafiqoğlu
15.04.2022 4 Min Read

Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının istifadəyə verilməsi İslami dəyərlərin qorunub saxlanılmasına, təbliğinə göstərilən diqqətdir

Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər müstəsna rola malikdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində apardığı siyasət nəticəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, əsrlərdən bəri qorunan milli adət-ənənələrin təbliğinə dövlət səviyyəsində qayğı göstərildi. Dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, xalqımız öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək hüququ qazandı. Dini konfessiyalar arasında dözümlülük mühiti təkmilləşdirildi. Ulu Öndər milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etdi: «…Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur.» «Dini etiqad azadlığı haqqında» Qanunun qəbulu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin inkişafında yeni mərhələ başlandı.

Milli-mənəvi dəyərlərimizin qorunmasına həssaslıqla yanaşan, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, həmrəyliyin möhkəmlənməsi üçün önəmli addımlar atan Prezident İlham Əliyev dövlət-din münasibətləri ilə bağlı siyasəti uğurla davam etdirir.

Dövlət başçımızın müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahlarında təmir, bərpa və yenidənqurma işləri aparılıb. Azərbaycanda ən böyük dini ocaq olan Heydər məscidi istifadəyə verilib. Sinaqoqların, kilsələrin təmiri, istiliklə təminatı daim diqqətdə saxlanılır. Azərbaycanda müxtəlif dinlərə məxsus vətəndaşların dini ayinlərini yerinə yetirmələri, milli bayramlarını adətlərinə uyğun, sərbəst təşkil etmələri üçün yaradılan şərait xalqımıza məxsus tolerantlığa sadiqlikdir. Bu amillər göstərir ki, humanistlik, başqalarına hörmətlə yanaşma Azərbaycan xalqının tarixində minilliklər boyu formalaşmış xarakterik xüsusiyyətlərdir. Xalqımız tolerantlığa təkcə hüquqi yox, həm də mənəvi dəyər prizmasından yanaşır.

Zəngin milli-mənəvi dəyərlərə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan, Azərbaycanın Birinci-vitse prezidenti Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi də onun çoxsahəli xidmətlərinə verilən dəyərlərdəndir. Fondun təşəbbüsü ilə həyata keçirilən «Tolerantlığın ünvanı – Azərbaycan»” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər inşa olunmayıb, xalqımızla dinc yanaşı yaşamış digər millətlərin öz mədəni müxtəlifliyini qoruyub saxlamaları, dini etiqadlarını sərbəst yerinə yetirmələri üçün şərait yaradılıb, ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib.
Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunduğu respublikamızda dini konfessiyalar arasında dözümlülüyün ən bariz nümunəsi 2016-cı ilin ölkədə «Multikulturalizm İli”»nin elan olunması, Birinci Avropa və İslam Həmrəyliyi Oyunlarının keçirilməsidir. Sivilizasiyalararası mənəvi körpü adlandırılan Azərbaycanda keçirilən humanitar tədbirlərin hər biri ayrı-ayrılıqda xalqlararası dostluğun, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş tolerantlıq nümunəsidir. Azərbaycan xalqının minilliklərlə ölçülən tarixi multikultural dəyərlər əsasında qurulub , formalaşıb, bu gün də inkişaf etdirilir. Ölkəmizdəki mövcud multikultural və dini tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının nümunəsi Bakıda ulu öndər Heydər Əliyevə müqəddəs Moskva knyazı «Daniel»” ordenini təqdim edən Moskva və bütün Rusiyanın Patriarxı II Aleksinin «Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir» sözləri, Roma Papası mərhum II İohann Pavelin və Papa Fransiskin ölkəmizə səfərləri, hər ilin 16 noyabr tarixində Beynəlxalq Tolerantlıq Günü”nün qeyd olunması, İSESCO-nun qərarı ilə Bakının və Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, paytaxtımızda İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransların, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya Dini Liderlərinin sammitlərinin və digər mötəbər tədbirlərin keçirilməsidir. Məqsəd Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın İslam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoq və etimad mühitini möhkəmləndirmək, qlobal humanitar platforma yaratmaq, xalqımızın dözümlülük mədəniyyətini, tarixi ənənələrini təbliğ etmək, dini radikalizm və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığı genişləndirməkdir. İşğaldan azad olunan Şuşada keçirilən musiqi festivalında Azərbaycanı özlərinin ikinci Vətəni adlandıran müxtəlif xalqları təmsil edən insanların birgə iştirakı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı» seçilməsi ölkəmizdəki tolerantlığa verilən dəyərdir.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə paytaxtımızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının istifadəyə verilməsi İslami dəyərlərə göstərilən diqqətdir. 277 tələbənin təhsil aldığı, 43 müəllimin çalışdığı İlahiyyat İnstitutunda müqəddəs Qurani-Kərimin, İslami dəyərlərin tədrisi ilə yanaşı, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedralarının müəllimləri tərəfindən elmi tədqiqatlar aparılır, dərslik və monoqrafiyalar yazılır. Milli adətlərimizə, İslami dəyərlərə yad hərəkətlərin qarşısının alınması üçün ictimaiyyət arasında maarifləndirmə işləri sürətlənir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən sözügedən İlahiyyat bu institutda İnstitutunda da öyrənilir. İnstitutda bakalavriat səviyyəsi üzrə «Dinşünaslıq”» və «İslamşünaslıq»” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) «Dinin sosiologiyası”», «Dinin psixologiyası»”, «Dinlərin tarixi” və «İslamşünaslıq»” ixtisasları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) «Dinşünaslıq»”, «Dinin tarixi və fəlsəfəsi»” ixtisasları tədris olunur. Çoxkonfessiyalı, çoxmillətli ölkə kimi tanınan Azərbaycanın ən böyük sərvəti olan multikulturalizm, tolerantlıq ənənələrinin təbliği, dini və etnik müxtəlifliyə sadiqliyimiz, milli dözümlülüyümüz, Türk dünyasının birliyinə və həmrəyliyinə verilən dəyərdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident hər zamankı kimi qəti mövqe ortaya qoydu: “Azərbaycanın marağını nəzərə almaqdan başqa yolları yoxdur”

Next

Bütün planlar həyatda öz əksini tapacaq

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv