Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident hər zamankı kimi qəti mövqe ortaya qoydu: “Azərbaycanın marağını nəzərə almaqdan başqa yolları yoxdur”

By Vüsal Rafiqoğlu
15.04.2022 4 Min Read

Məğlub Ermənistan qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə postmünaqişə dövründə Azərbaycan diplomatiyasının həyata keçirdiyi fəaliyyət diqqətə çatdırıldı.

Ekspertlər mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamalarında dövlət başçısının müşavirədə toxunduğu məqamların indiki dövr üçün müstəsna əhəmiyyətə malik olduğunu vurğuladılar:

Müşavirədə səsləndirilmiş bütün fakt, rəqəm və arqumentlər bizim yeni dövrə daha qətiyyətli addımlarla qədəm qoyduğumuzu sübut edir

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, dövlətimizin başçısı müşavirədəki nitqində bir çox vacib nüanslardan, xüsusilə də Qarabağ , Azərbaycan və Ermənistan arasındakı danışıqlar, eyni zamanda, bu istiqamətdə Brüssel görüşündən sonra yaranan reallıqlardan, dünyada cərəyan edən ikili standartlardan söz açdı: “Ölkə rəhbəri  nitqində müharibədən ötən müddətin əlamətdar olduğunu, düşməndən təmizlənən torpaqlarda bərpa işlərinin uğurla həyata keçirildiyini, Vətən savaşı nəticəsində bölgədə yaranan yeni reallıqların beynəlxalq müstəvidə də qəbul edildiyini, nüfuzlu xarici təşkilatlarla təmasların, fəal əməkdaşlığın dinamik xarakter aldığını diqqətə çatdırdı.  Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülməli olan işlər, atılmalı olan addımlarla bağlı mühüm nüansları qeyd etdi. Azərbaycan ictimaiyyəti üçün həssas olan bu mövzularla bağlı Prezident hər zamankı kimi qəti mövqe ortaya qoydu.”

Politoloq qeyd etdi ki, ölkə başçısı  müşavirədəki  nitqində   beynəlxalq aləmə verdiyi əsas mesajlardan biri də Ermənistanın silahlandırılması ilə bağlıdır: “Cənab Prezident çıxışında Ermənistanın silahlandırılmamasının vacibliyinə toxundu. Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edildi. Bilirik ki, 30 il ərzində Ermənistana digər ölkələr tərəfindən silahlar tədarük edilir və  bunu “kredit” adı ilə  onlara bağışlayırdılar. Məlum məsələdir ki,  Ermənistanın dövlət büdcəsi imkan vermir ki, onlar o qədər genişmiqyaslı  və külli miqdarda silah  alsınlar və onun kreditini ödəsinlər. Əgər hansısa dövlət tərəfindən Ermənistanın silahlandırılması məlum olsa, o zaman təbii ki, rəsmi Bakının bunu qeyri-dost addım kimi dəyərləndirəcəyini və addımlarını buna uyğun atacağını diqqətə çatdırdı. Ermənistan bu mesajlardan ciddi nəticə çıxarmalıdır. Çünki biz sülh müqaviləsinin bağlanmasını istəyirik. Ona görə  də yaxşı olardı ki, biz tez bir zamanda bu sahədə artıq  praktiki fəaliyyətə başlayaq.”

Politoloq vurğuladı ki, Prezident İlham Əliyev müşavirədə səsləndirdiyi fikirlər və verdiyi konkret mesajlarla bir daha öz qəti mövqeyini ortaya qoyaraq  ölkəmiz üçün qırmızı xəttin nədən ibarət olduğunu  diqqətə çatdırdı: “Həmçinin Ermənistana yol xəritəsi göstərmiş oldu, eyni zamanda, beynəlxalq  təşkilatlara Azərbaycanın baxış bucağını növbəti dəfə nümayiş etdirdi. Son zamanlar   Azərbaycanın siyasi və hərbi arenadakı qətiyyətli mövqeyi  sübut edir ki, bir çox qütblərin və böyük dövlətlərin rəsmi Bakının marağını nəzərə almaqdan başqa çıxış yolu yoxdur.”

Partiya sədri: Prezident İlham Əliyevin çağırışlarına rəsmi İrəvan və erməni xalqı sağlam təfəkkürlə yanaşmalıdır

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə vurğuladı ki, Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülməli olan işlər, atılmalı olan addımlarla bağlı səsləndirdiyi fikirlər ilk növbədə Ermənistanın hazırkı hakimiyyətinə açıq mesajlar kimi dəyərləndirirəm: “Bununla belə, dövlət başçısının çıxışında BMT, ATƏT və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla da bağlı olduqca maraqlı fikirlər yer alıb. Eləcə də artıq tamamilə amorf instituta çevrilən Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətinə (daha doğrusu, tam fəaliyyətsizliyinə) də bir daha aydınlıq gətirilib. Habelə, Prezident Ermənistanı yenidən silahlandırmağa cəhd göstərə biləcək ölkələrə də ismarıc ünvanlanıb.

Ə.Hüseynov əlavə etdi ki, nitqində bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son 30 il ərzində ilk dəfə olaraq telefon söhbətinin baş tutduğunu vurğulayan və bunu müsbət qiymətləndirdiyini bəyan edən Azərbaycan Prezidenti çox önəmli bir məqama toxundu və bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətləri bu iki ölkə özləri həll etməlidir. Buna köməklik göstərmək istəyənlər isə buyurub kömək edə bilərlər. Bu, Prezident İlham Əliyev tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış çox ciddi və cəsarətli çağırış idi. Azərbaycan lideri bu çağırışı ilə yeni reallığın əsasını qoydu.”

Partiya sədri diqqətə çatdırdı ki, Prezident öz çıxışında Zəngəzur dəhlizinin açılması planından vaz keçmədiyimizi, bu məsələnin əvvəlki kimi yenə də gündəmdə olduğunu, bizim üçün prioritet təşkil etdiyini bir daha vurğuladı və Naxçıvana çıxış üçün İranla imzalanan memorandumun Zəngəzur dəhlizinin açılmasının təxirə salınması kimi başa düşülməməsinin vacibliyini qeyd etdi: “Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu addımı ilə ilk növbədə 10 noyabr razılaşmasını pozmuş sayılacaq, bu isə öz növbəsində Azərbaycanın da analoji addım atması ilə nəticələnə bilər. Əgər Ermənistan tərəfi öz öhdəliyini yerinə yetirmək istəmirsə, o zaman Azərbaycan da öhdəliklərin yerinə yetirilməsinə xitam verə bilər. Bu, cənab İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir.”

Müsahibimiz bildirdi ki, dövlətimizin başçısı müşavirədəki nitqində Ermənistanın gələcək inkişafının ilk növbədə bu ölkənin Azərbaycan və Türkiyəyə qarşı düzgün və sülhsevər münasibətindən asılı olduğunu,  Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistanın inkişaf edə bilməyəcəyini bu gün hər kəsə, o cümlədən Ermənistanı idarə edənlərin özlərinə də məlum olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev bəyan etdi ki, məğlub Ermənistan qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Çünki Ermənistanın düşdüyü acınacaqlı durumdan, daxili xaosdan qurtuluş yolu yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir.  Prezident İlham Əliyevin çağırışlarına rəsmi İrəvan və erməni xalqının sağlam təfəkkürlə yanaşmaqdan başqa çarələri yoxdur. Çünki Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Düşünülmüş siyasət ölkəmizi yeni qələbələrə aparır

Next

Dini və etnik müxtəlifliyimiz xalqımızın ən böyük sərvətidir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv