Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Məqsədi Vətənə, məramı insanlara xidmət

By Vüsal Rafiqoğlu
26.08.2022 3 Min Read

Hamımız 2 il əvvəli çox yaxşı xatırlayırıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişi zamanı 30-a yaxın xarici televiziya və KİV-lərə verdiyi müsahibələr nəticəsində, eyni zamanda,  Heydər Əliyev Fondunun müstəsna xidmətləri sayəsində Qarabağ probleminin tarixi kökü və erməni faşizminin həyasız iddiaları, törətdiyi vəhşiliklər haqqında beynəlxalq ictimaiyyət məlumatlandırılırdı.

Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun  informasiya məkanındakı fəallığı sayəsində Azərbaycan dövləti ön cəbhədə olduğu kimi, informasiya cəbhəsində də diktə edən tərəf kimi çıxış etdi. Təbii ki, tarixə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti yalnız həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaqla bitmir.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu illər ərzində əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə vermək olub. Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Dövlət başçımız qeyd edir ki, məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi: “Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir”.

Xatırladaq ki, Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın müddətdə, eləcə də münaqişə nəticəsində Azərbaycana vurulan ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə davamlı olaraq xarici ölkələrdə tədbirlər keçirilib, sərgilər təşkil olunub, müxtəlif dillərdə buklet və kitablar nəşr edilib. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” bukletlər toplusu nəşr edilmişdir. “Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq 2007-ci ildə “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabı ingilis dilində nəşr edilmişdir. 2006-cı ildə nəşr olunmuş “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda üç dildə buklet, 4 adda üç dildə kitab nəşr edilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsinin başladığı ilk günlərdən rəsmi “Instagram” səhifəsindən belə bir paylaşım etdi : “Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm”. “Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!” yazan Mehriban xanım Əliyevanın arzusu isə bu oldu: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Hazırkı dönəmdə bu tezisin reallıqda təsdiqi tapıb. Böyük Qayıdış artıq başlayıb. 30 il yurd-yuvalarından didərgin salınmış soydaşlarımız öz doğma torpaqlarına qovuşublar, daha onlar öz məmləkətlərində yaşayırlar.

Prezident İlham Əliyev vurğulayır ki, bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Bütün sadalanan fəaliyyətlə yanaşı, hazırda Fond işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı işlər görür. Belə ki, ərazilərimiz işğaldan azad olunduqdan sonra həyata keçirilən monitorinqlərdən məlum oldu ki, Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününküləşdirməyə məruz qalıb. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur. Monitorinqin nəticələri göstərir ki, bu abidələrin 95 faizi dağıdılıb. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Bu ərazilərdə 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zəngilan, Ağdam, Şuşadakı məscidlər, dini abidələrimiz əsaslı təmir, bərpa edilir. Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirərək bildirir: “ Əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sərsəng təsərrüfatlara həyat verəcək

Next

Əhalinin etibarlı ərzaq təminatı əsas məqsəddir

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv