Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Annasayağı etirafın gün üzünə çıxardığı həqiqət

By Vüsal Rafiqoğlu
07.04.2023 4 Min Read

“Populist” boşboğaz revanşistlərə xatırlatma: 25 faizi fərarilik edən  orduya güvənib yeni müharibə sevdasına düşmək Hayastanın sonu olar

Dövlət başçımız bu il martın 19-da Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müra­ciətində dedi: “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqı­nın gücünü və yüksək mənəvi key­fiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olma­mışdır. Ermənistan ordusunda son mə­lumata görə 10 min yox, 11 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi­nin nəticələrini heç kim yaddan çıxar­masın. Yeni reallıqları hər kəs qəbul etməlidir”.

Təkcə Ermənistanda deyil, onlara havadarlıq edən ölkələrdə də dövlət başçımızın həm 2020-ci ilin payızında söylədiyi fikirləri, həm də təxminən, 20 gün əvvəlki arqumentlərini təkzib etməyə çalışanlar tapılmışdı. Ancaq bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın eti­rafları həqiqəti  gün üzünə çıxarıb.

Gəlin,  erməni kişilərinin dilə gətirməyə cəsarət etmədikləri özlərinə belə etiraf etməkdən “utandıqları” həmin həqiqətlərə nəzər salaq… Amma yaxşı deyiblər görünən kəndə nə bələdçi?!

“Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. “Biz müharibədə Davidi və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”. A.Akopyan bununla yanaşı, kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: “Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım”.

Müharibədən üç ilə yaxın vaxt keçdikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın müharibə dövründə Ermənistan ordusunda 11 min nəfər fərarinin olması barədə etirafı düşmən ölkənin acizliyinin növbəti təzahürüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xalqa müraciətlərində Ermənistan ordusunda kütləvi fərariliyin olması haqqında dəfələrlə dəqiq məlumatlar verirdi. Düşmən ölkə o zaman bu məlumatları qəbul etmək istəmirdi. Lakin indi Anna Akopyan kütləvi fərarilik, erməni kişilərin döyüşdən qorxması barədə açıqlamalar verir. Döyüşlər zamanı biz sosial şəbəkələrdə yayılan videolardan aydın görürdük ki, əsir düşən erməni əsgər və zabitləri dərhal öz ölkələrinin əleyhinə bəyanatlar verirdi. Azərbaycan Ordusu, əsgərləri ilə bağlı bir dənə də olsun belə fakta rast gəlmək mümkün deyil. Əksinə, erməni əsirliyinə düşən Azərbaycan əsgərləri onların üzlərinə layiq olduqları sözləri deyirdilər.

44 günlük müharibə Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı, bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü. Ən nəhayət, Ermənistan iqtidarı tərəfindən illər boyu sadə xalqın beyninə yeridilən “qalib ordu” imicini, “güclü ordu” mifini Azərbaycan Ordusu darmadağın edərək real səhnəni çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qoydu. Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra nəhayət ki, işğal faktına son qoyaraq tarixi Zəfərə imza atdı.

Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını yəqin ki, o qədər də geniş şərh etməyə ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik. Sözsüz ki, ordu quruculuğu işində bu inkişaf illərin bəhrəsi, dövlətimizin ordumuza diqqət və qayğısının nəticəsi idi. Müharibə o həqiqəti də üzə çıxardı ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan öz ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və bu imkanlar vaxtında səmərəli şəkildə Silahlı Qüvvələrimizin inkişafına yönləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən dəfələrlə qeyd edib ki, bizim tarixi Zəfərimizin əsas memarları Azərbaycanın qəhrəman əsgər və zabitləridir. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, Qarabağdakı böyük Qələbəmizi şərtləndirən faktorlar sırasında ordumuzun istifadəsində olan müasir tipli silah-sursat, texnikadan daha çox Azərbaycan əsgərinin öz torpağında savaşmasından doğan şücaəti, vətənpərvərliyi ön planda dayanır. Həqiqətən də Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər. Baxmayaraq ki, qismən səfərbərlik elan edilmişdi, hər kəs Vətənin azadlığı uğrunda mübarizəyə qoşulmaq üçün könüllü müraciət etməyə başladı. Nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, xarici ölkələrdəki gənclərimiz diplomatik təmsilçiliklərimizə müraciət edərək bu tarixi prosesdə iştirak etmək üçün təkid edirdilər. Hətta ehtiyac olmadığı üçün səfərbərliyə dəvət edilməyən gənclərimiz haqq savaşına qoşulmaq üçün təkidli müraciətlər edirdilər. Bu gün böyük qürur və fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibədə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu, Azərbaycan xalqının öz torpağına, Vətəninə necə bağlı olmasından xəbər verir. Ermənilər isə…

Görünən odur ki, Akopyanın sözügedən etirafının əsas məqsədi də  44 gündə hərbçilərinin dörddəbirinin fərarilik etdiyi ölkənin revanş və ya yeni müharibələr barədə düşünməsinin absurd və gülünc oldu­ğunu bəyan etməkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Axsaq atın kor nalbəndi…

Next

Rəşadətli Azərbaycan Ordusu

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv