Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib FOTO

By Vüsal Rafiqoğlu
20.04.2023 5 Min Read

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Salyan rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə geniş yer verib.

ARANTV.AZ  xəbər verir ki,  xarici mətbuatda yer alan xəbərlərdə xüsusilə dövlətimizin başçısının Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi, Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri, eləcə də İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar Ermənistan hakimiyyətinə xəbərdarlığı barədə fikirləri xüsusilə diqqət mərkəzində olub.

Rusiyanın “Kommersant” qəzeti Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etmələri, ya da özləri üçün başqa yaşayış yeri tapmaları kimi seçim təklif etməsini, Azərbaycan dövlətinin tezliklə sülh müqaviləsi imzalamağa, qarşıdurmaya son qoyulmasına hazır olması barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

“Veçernyaya Moskva” nəşri dövlətimizin başçısının “Qarabağ bizim daxili işimizdir” fikrinə xüsusilə önə çəkərək, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə demokratik əsaslarla seçim təklif etdiyini vurğulayıb.

“Regnum” agentliyi “Azərbaycan Prezidenti Qarabağ ermənilərindən seçim etməyi tələb edib” sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç kimlə müzakirə etməyəcəyinə dair bəyanatına xüsusi yer verib.

“News.ru” Agentliyində yayımlanan xəbərdə Prezident İlham Əliyevin müsahibəsindən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdığı barədə fikri yer alıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti ölkənin bütün vətəndaşlarına azadlıq və problemlərin demokratik proseslər əsasında həll olunacağını vəd edir.

“Life.ru”, “Vedomosti” nəşrləri Prezident İlham Əliyevin danışıqların və sülh müqaviləsinin imzalanmasının ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında mümkün olması barədə sözlərini diqqətə çatdırıb.

“Qazeta.ru” nəşri, “RBK” agentliyində yayımlanan məqalələrdə qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb və Ermənistan hakimiyyətini Qarabağı rəsmən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını tələb edib.

“Novıye izvestiya” qəzetində, TASS və “Mossovet” informasiya agentliklərində, “Arqumentı i Faktı” nəşrində yayımlanan xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev müsahibəsində Praqa və Soçi görüşlərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini, iki ölkə arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunacağını bildirib, Ermənistanı “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməyə çağırıb.

Türkiyənin Anadolu agentliyinin, “TRT Haber”, “TRT Avaz”, “AHaber” televiziyalarının, “Türkiye”, “Takvim”, “Yeni Şafak”, “Daily Sabah”, “Sözcü” və digər KİV-lərinin yaydığı xəbərlərdə dövlətimizin başçısının Qarabağda yaşayan ermənilərə xəbərdarlıq etməsi barədə fikirləri xüsusilə qabardılıb. Məqalələrdə dövlətimizin başçısının İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasının sıradan hadisə olmaması, bu təxribatın arxasında Ermənistan dövlətinin dayanması barədə fikirləri önə çəkilib: “Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir”.

Məqalələrdə Prezident İlham Əliyevin bu barədə Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etdiyi qeyd olunub və dövlətimizin başçısının “Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər” fikirləri də diqqəti çatdırılıb.

Avropanın bir sıra ölkələrinin KİV-ləri də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi fikirləri geniş işıqlandırıb. İspan dilində yayımlanan “Europapress”, “La Nacion”, “Cope”, “Diariosigloxxi”, “Grupolaprovincia”, “Teleprensa”, “Notimerica”, Macarıstanın “Demokrata.hu”, “Hirado”, “Portfolio” saytları, həmçinin Bolqarıstanın “Focus-news”, “Actualno”, Moldovanın “Timpul” kimi media qurumları Azərbaycan Prezidentinin “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” bu fikirlərini xüsusi vurğulayıb. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev burada tam sərbəstliyin olduğunu, bütün demokratik əsasların təklif edildiyini, bu məsələnin insan hüquqları əsasında öz həllini tapmasının vacibliyini bildirib.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirlər Gürcüstan mediasının da diqqət mərkəzində olub. Qonşu ölkənin “qafqazturk.com”, “24news.ge” və “aktual.ge”, “interpress.ge”, “timer.ge”, “ambebi.ge”, “ipress.ge” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar. Məqalələrdə dövlətimizin başçısının bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan Bayrağının yandırılmasına sərt etirazı və separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb. Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə də məlumat verilib.

İranın kütləvi informasiya vasitələri də dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlərinə xüsusi yer veriblər. İranın “Jadidpress”, “İRNA”, “Mashreghnews”, “Entekhab”, “Noandish”, “Parstoday”, “Ghatreh” saytları dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlərin əsas məqamlarına toxunub. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu deyib. Yazılarda Prezident İlham Əliyevin “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” ifadəsi xüsusilə diqqətə çatdırılıb.

Vyetnam mətbuatında da Azərbaycan Prezidentinin müsahibə ilə bağlı xəbər yayımlanıb. “Voice of Vietnam” radiosunda yayımlanan xəbərdə Prezident İlham Əliyevin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olması barədə fikirləri qeyd edilib. Həmçinin dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcəyi barədə bəyanatı da xüsusi vurğulanıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var

Next

Rusiya mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv