Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var

By Vüsal Rafiqoğlu
20.04.2023 3 Min Read

Ümummilli Liderimiz Heydər Əliyevin çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək bir məqalə həcmində deyil. Bu gün Azərbaycan istərsə də siyasi, istər hərbi, istər iqtisadi gücünə görə region ölkələri arasında liderdir. Bu böyük nailiyyəti bizə bəxş edən Heydər Əliyev çətin anlarda dərin zəka və idarəçilik  məharəti ilə Azərbaycanı sürükləndiyi bəlalardan qurtarmış və  irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur. Onun idarəçilik məharəti bu islahatların düzgün aparıldığına bir dəlildir.

Bilirik ki, Azərbaycanın müstəqillik yoluna çıxması Heydər Əliyevin Naxçıvan  Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdən başlayıb. Məhz dahi rəhbər Heydər Əliyevin 1990-cı ildən sonra Naxçıvanda yaşayıb  fəaliyyət göstərməsi, apardığı müdrik siyasət Muxtar Respublikanı erməni təcavüzündən qorumuşdur. Belə bir şəraitdə dəstəyi yalnız xalq olan dahi öndər Heydər Əliyev bir daha Azərbaycanın dövlətçiliyinin qorunması üçün şücaətli addımlar ataraq dövlət  çevrilişi etmək istəyən silahlı birləşmələri ləğv etdi. Burada da idarəçilik təcrübəsi öz sözünü dedi. Qiyamçılar Heydər Əliyev – xalq birliyinin qarşısında məğlub oldular. Ümummilli Lider Heydər Əliyev  ölkədə  anarxiyaya, özbaşınalığa, qanunsuzluğa son qoydu. Dövlətçiliyimizin təməl sütunlarını möhkəmləndirdi.

Azərbaycanın başının üstünü qara buludlar alanda, təbii ki, ölkənin ağ günə çıxması sual altına düşmüşdü və belə bir çətin situasiyadan xalqı yalnız böyük siyasət adamı çıxara bilərdi. Buna görə biz xalq olaraq həmin illərdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təkidlə tələb etdik və əlbəttə, bu addımımıza görə bəzi qüvvələr tərəfindən təqiblərə məruz qaldıq. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı gələcək uğurlarımızın təməlini möhkəmləndirdi. Şəxsən, mən də o çətin illərdə Ulu Öndəri dəstəkləyənlərdən olmuşam və buna görə özümü çox xoşbəxt hesab edirəm. Çünki Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini istəyən biri kimi indi aşkar görürəm ki, çox doğru qərar vermişəm.

Hamımız yaxşı xatırlayırıq ki, hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət qurmaq üçün fəaliyyətə başladı. Azərbaycanda sivil, normal, demokratik cəmiyyət yaradılması sahəsində məqsədyönlü strategiya işləyib hazırladı.

Dahi rəhbər geniş xalq kütlələri ilə sıx əlaqəyə girməyə, onların arzu və təkliflərini dinləməyə böyük üstünlük verirdi. Heydər Əliyev hər bir rayon, təsərrüfat və müəssisə başçısını, mühəndisi,  taxılçını, pambıqçını diqqətlə dinləyir, lazımi məsləhətlər verir, onları səfərbər edirdi. O, həm də iqtisadiyyatımızın hər bir sahəsində inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına tükənməz səy göstərirdi. Bu da birmənalı onu deməyimizə tam əsas verir ki, dövlətimizin möhkəmlənməsi birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Nə xoş ki, bu gün hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Çox sevindirici haldır ki, bu gün Ulu Öndərin uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir. Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün uğurlu addımlar atıb. Ən əsası da böyük bir Zəfərə imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız cəmi 44 günə rəşadətli ordumuzun gücü sayəsində düşməndən geri alınıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və elə buna görə də Heydər Əliyev siyasətinin dövlət başçımızın simasında davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur.

Turan Əliyev,
Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fermerlər zəhərli dərmanlardan istifadə edirlər? – VİDEO

Next

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv