Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

İranın ikibaşlı nüvə oyunu – Rejimin təhlükə çevrəsi böyüyür

By Vüsal Rafiqoğlu
22.06.2023 2 Min Read

İran bir tərəfdən ABŞ və Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalardan əziyyət çəkdiyini və sanksiyaların ləğv edilməsini istəyir, digər tərəfdən nüvə proqramında öz mövqeyindən qəti şəkildə çəkilmək niyyətində deyil.

Son vaxtlar İranın nüvə proqramı ilə problemin həll edilməsi ilə əlaqədar tərəflər arasında görüşlər daha da intensivləşib. Cari ilin mart ayında İran və ABŞ arasında dolayısı ilə gizli görüşlərin keçirildiyi son vaxtlar məlum olub. Bu görüşləri ilk öncə tərəflər bildirmək istəməsələr də, sonradan görüşlərin keçirildiyini təsdiqləyiblər.

Ötən ildə (2022) də İran və ABŞ və Qərb ölkələri arasında görüşlər keçirilib. Lakin ötən ilin sonlarına yaxın İranda iğtişaşların baş verməsi bu görüşlərin dayanması ilə nəticələnmişdi. Son həftələrdə isə görüşlərin keçirildiyi rəsmi şəkildə qeyd olunur.

İran müzakirələrdə əsasən ABŞ və Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyaların ləğv edilməsi, xarici ölkələrdə dondurulan vəsaitinin blokdan çıxarılması, xam neft ixracına qoyulan məhdudiyyətin ləğv edilməsinə çalışır. ABŞ və Qərb ölkələri isə qarşılığında İranın atom bombası əldə etməməsi, nüvə proqramının nəzarətdə saxlanılması, uranın zənginləşdirmə səviyyəsinin azaldılmasını istəyir.

Halbuki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin əldə etdiyi məlumatlara görə, İran son üç ayda yüksək ölçüdə zənginləşdirilmiş uranın miqdarını 27% artırıb və hazırda bu ölkənin zənginləşdirilmiş uran ehtiyatı 4 745 kiloqramdır. Bu isə Hərtərəfli Birgə Fəaliyyət Planında İrana sahib olması üçün uranın həcmi ilə əlaqədar verilən icazədən 15 dəfə çoxdur.

Bu o deməkdir ki, AEBA texniki cəhətdən İranın nüvə proqramına tam və istədiyi şəkildə nəzarət edə bilmir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatını əsas götürərsək, yüksək səviyyədə (84% olması da müxtəlif dairələr tərəfindən səsləndirilir) zənginləşdirilmiş uranın ölkə ərazisində saxlanılması dünya səviyyəsində ciddi narahatlıq doğuran məsələdir. İranın nüvə proqramından dinc məqsədlə istifadə etmək niyyətində olmasına dair ölkə rəsmilərinin dəfələrlə açıqlaması olsa da, bir məqamı gözdən qaçırmaq olmaz. Uranın bu səviyyədə zənginləşdirilməsi hansı şəkildə dinc məqsədə qulluq edir? İran nüvə proqramından müalicə, əczaçılıq, kənd təsərrüfatı, elektrik istehsalı və sairə sahələrdə istifadə etməyə can atdığını dünyaya çatdırmaq istəyir. İran nüvə sənayesinin iqtisadi sahəsinə yönəldiyini əks etdirməyə çalışır.

Onsuz da ABŞ və Qərb ölkələrinin sanksiyalarından əziyyət çəkən İranın qeyd olunan sahələrdə təchizat və avadanlıqları əldə etməsi demək olar ki, qeyri-mümkün görünür. Çünki İranın iki variantı var: Ya bu təchizat və avadanlığı çox baha qiymətə idxal etməli ya da bu təchizat və avadanlığı ölkə daxilində böyük vəsait hesabına istehsal etməlidir. Bir nüansı qeyd edək ki, sanksiyalar nəticəsində İranın xarici ölkələrdə dondurulmuş vəsaitinin 24 milyard dollarının blokdan çıxarılması məsələsi də müzakirə obyektlərindən biridir. Təxminən 85 milyon əhalisi olan ölkə rəsmiləri ixrac etdiyi elektrik və qaza görə İraqda dondurulan vəsaitinin sadəcə 3 milyard dollarının sərbəst buraxılmasına sevinir. Bu isə ölkə iqtisadiyyatının nə dərəcədə acınacaqlı vəziyyətdə olduğunu göstərir.

Digər tərəfdən İranın region ölkələrində məlum və naməlum təxribat xarakterli hərəkətləri dünya dövlətlərinin bu ölkənin dediklərinə inanmamasına əsas verir. Demək olar ki, Yaxın Şərqdə baş verən problemlərin ən az hər beşindən birində İranın barmağının olduğu müxtəlif dövlətlər tərəfindən səsləndirilir. Belə olan halda, dünya dövlətlərinin İrana dediklərinə inanmamasına haqq qazandırmaq olar.

Elnur Bağışov
​Trend

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbin Azərbaycan sərhədlərində TƏXRİBAT HAZIRLIĞI – “Mülki missiya” erməniləşir

Next

Baş prokuror Laçına gedib, prokurorluğun inzibati binası istifadəyə verilib – FOTO

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv