Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanı Qələbəyə aparan Lider

By Vüsal Rafiqoğlu
15.10.2023 4 Min Read

2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Ümummilli Liderin deyil, hər bir azərbaycanlının ümidlərini doğrultdu. Xalqımız ona etimad göstərməklə həm də öz seçimində yanılmadığını gördü. Andiçmə mərasimində “hər bir azərbaycanlının Prezidenti” olacağına söz verən ölkə başçısı öz andına sadiq qaldı.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyev həm partiya sədri, həm Prezident, həm də Müzəffər Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə edib, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Otuz il həsrətində olduğumuz torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbədir! 2023-cü ildə təxminən 1 gün davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün hər birimiz bu tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdarıq.

“Bir məsələni də unutmaq olmaz ki, ötən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Bunu həm də dünya görür”, – deyə deputat bildirib.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək bütün fəaliyyəti, amalı qurub-yaratmaq, xalqımızı daha xoş günə, daha firavan həyata qovuşdurmaq olan ölkə başçısı dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsini təmin etdi. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” layihəsindən sonra DOST konsepsiyası da növbəti bir uğurlu layihə kimi vətəndaşları məmnun edir. Hər iki layihə dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırıb və Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub.

Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin nəticələrini diqqətə çatdıran deputat qeyd edib ki, reallaşan layihələr regional çərçivədən çıxaraq qlobal miqyas alıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin aparıcı qüvvəsi kimi çıxış edib. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Xatırladaq ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Yüz iyirmi dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyev Türk dünyasının birliyinin yaranması üçün çox dərindən düşünülmüş və gələcəyə hesablanmış formada misilsiz xidmətlər göstərir.

H.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Onun siyasəti nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə demokratik cəmiyyətin inkişafından xəbər verir.

Dövlətimizin başçısının gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

Prezident İlham Əliyev dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlətimizin başçısı islamofob dairələrin və anti-Azərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Bu plana qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni- mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi. Prezident İlham Əliyev Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı.

“Prezidentimizin “sözümüz imzamız qədər keçərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Bu gün gənc, ancaq bir o qədər də inamlı addımlarla inkişaf edən, güclənən, regionda və beynəlxalq aləmdə nüfuzu artan Azərbaycana təzyiq göstərirlər. Diplomatik və siyasi təsirlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönməyən dövlət başçımız bu gün də bu qətiyyəti, siyasi iradəni Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifahının daha da yaxşılaşdırılması üçün göstərir. Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir fikri xalqımız üçün bir şüardır. Onun “Gücümüz birlikdədir!” çağırışına cavab olaraq xalq bir yumruq kimi öz Liderinin ətrafında birləşdi və tarixi Qələbəyə nail oldu!”, – deyə H.Hüseynova fikrini yekunlaşdırıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Next

Vətənə sevgi, dövlətə sədaqət: Qalib Ordunun Müzəffər Ali Baş Komandanı – Prezident İlham Əliyevin 20 ili

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv