Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Müzəffər Sərkərdə, Qalib ordu, Xalqın əyilməz ruhu: Bizim qarşımızda heç kim dura bilməz

By Vüsal Rafiqoğlu
15.02.2024 6 Min Read

Azərbaycanda müasir və qüdrətli ordu quruculuğu, hərbi kadr potensialının gücləndirilməsi də sözsüz ki, Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummili Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra hərbi güc balansını, dağınıq Azərbaycan Ordusunun vəziyyətini düzgün qiymətləndirərək strateji qərar qəbul etdi və atəşkəsə nail oldu. Bununla da Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, dövlətçiliyimizi möhkəmləndirdi, ölkəmizin iqtisadi potensialının reallaşdırılması hesabına maliyyə imkanlarımızın artırılmasına, hərbi gücümüzün toplanmasına yol açdı. Ulu Öndərin nizami ordu quruculuğu missiyasını davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən bütün gücünü hər saatını dövlətimizin və xalqımızın ən müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə həsr etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun infrastrukturunda ciddi dəyişikliklər baş verdi, döyüş hazırlığına yeni tələblər irəli sürüldü, bunun üçün yetərli sayda poliqonlar, döyüş hazırlığı meydanları yaradıldı. Vaxtaşırı döyüş şəraitinə yaxınlaşdırılmış təlimlərin keçirilməsi, beynəlxalq döyüş təcrübəsinin öyrənilməsi və əldə edilən biliklərin ən müasir hərbi texnikanın imkanları ilə əlaqələndirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırdı.

Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl peşəkar ordu birləşmələrinin yaradılması, ordunun silah təchizatının gücləndirilməsi üçün yerli resursları səfərbər etdi və 2003-2023-cü illər ərzində hərbi xərclər dayanmadan artırıldı. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Yəni, son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-2023-cü illərdə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 14,8 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xərcləri 28 dəfə artırılıb. Yəni, hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.

Beləliklə, cənab İlham Əliyev iqtisadi gücü peşəkar ordu quruculuğuna yönəltməklə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanmasına nail oldu.

Xalqın əyilməz ruhu, qüdrətli Ordu

Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki  nitqində  ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın düşmən ordusunu böyük təşvişə salmasından söz açdı: “Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər və 44 günlük Vətən müharibəsi bizim əyilməz ruhumuzu göstərmişdir.”

II Qarabağ müharibəsindən sonra Ermənistanın təxribatı fonunda 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun böyük peşəkarlıqla, heç bir mülki obyektə və şəxsə zərər vurmadan həyata keçirdiyi lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə yeklunlaşdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi və ərazilərimizdə erməni separatizminin kökü kəsildi.

İkinci kapitulyasiya aktı

Dövlətimizin başçısı andiçmə mərasimindəki  nitqində diqqətə çatdırdı ki, sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi: “Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.”

Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin öz tarixi missiyasını yerinə yetirməsindən sonra da ordu quruculuğunun prioritetliyini diqqətə saxladı. Son illərdə dövlət büdcəsindən hərbi-təhlükəsizlik sahəsində ayrılan xərclərin məbləği və 2024-cü ildə nəzərdə tutulan həmin xərclərin həcmi ordu quruculuğunun ən başlıca hədəf prioriteti olduğunu təsdiqləyir.  Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü 6 milyard 54 milyon manat təşkil edib. 2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrə xərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 366,2 milyon manat və ya 6 faiz çoxdur.

Elə Ordu yaratmışıq ki…

Qalib Lider fevralın 14-də keçirilən andiçmə mərasimindəki  nitqində hərbi qüdrətimizin gücləndirilməsinin prioritet məsələ olduğunu xüsusi vurğuladı:“Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.”

Silah-sursata ehtiyac yerli istehasal hesabına ödəniləcək

Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırdı.

Hər zaman, hər yerdə – Komando

Azərbaycan Ordusunun bazası ən son yeniliklərə uyğunlaşdırılır, zabit heyəti Türkiyə və NATO standartlarına uyğun təcrübə və təlimlərlə peşəkarlığını artırır, yeni döyüş birləşmələri yaradılır. Zəfərdən sonra Silahlı Qüvvələrin tərkibində tamamilə yeni struktur olan Hadrutdakı Komando Təlim Mərkəzinin yaradılması, Kəlbəcərdə yeni Komando hərbi hissəsinin açılışı və digər ərazilərdə Komando briqadalarının fəaliyyətə başlaması ən çətin və mürəkkəb situasiyalarda istənilən hərbi vəzifəni icra etməyə qadir olan peşəkar hərbçilərin sırasının genişləndiyini təsdiqləyir. Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi daha geniş vüsət alıb. Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlaması da Silahlı Qüvvələrdə yeni nəsil döyüş arxitekturasının formalaşmasından xəbər verir. Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklərin aparılması, Ordunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılmasının həyata keçirilməsi də döyüş idarəetmə sisteminin təkmilləşməsinə, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işlərinin təşkilinə xidmət edir. Ordunun gələcək kadr təminatı ən müasir standartlara əsaslanır və hərbi mütəxəssislər hazırlayan təhsil müəssisələrinə diqqət daha da gücləndirilir. Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı müvafiq Fərmana əsasən, Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin yaradılması da məhz qarşıdakı dövrdə daha peşəkar, xüsusi ixtisaslı hərbi kadrların hazırlanması, ordunun tamamilə müasir hərb standartlarına uyğunlaşdırılması ilə bağlı hərbi strategiyanın tərkib hissəsidir.

Daha qüdrətli, daha peşəkar

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha qüdrətli və möhtəşəmdir. Əgər Ermənistan və onun havadarları bu reallıqları qəbul etmək istəmirlərsə, təxribatlara davam edirlərsə,  o zaman  Azərbaycan tərəfindən layiqli cavab alacaqlar. Necə ki, fevralın 12-də şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribata cavab olaraq fevralın 13-də işə düşən “dəmir yumruq” Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postunu tamamilə darmadağın etdi, döyüş mövqelərini susdurdu, təxribat törədənləri yerindəcə məhv etdi, bir sözlə, növbəti dəfə düşməndən qisasımızı  layiqincə aldı.

Prezident İlham Əliyev andiçmə mərasimindəki  nitqində Ermənistanın təxribatlarına Azərbaycan Ordusunun verdiyi  layiqli cavabdan söz açdı:”Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkə üzrə bu ayın pensiyalarının yeni artımla birgə ödənişi yekunlaşıb

Next

İnam və güvən

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv