Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İnam və güvən

By Vüsal Rafiqoğlu
15.02.2024 3 Min Read

Fevralın 14-də hamı tərəfindən gözlənilən o möhtəşəm an baş verdi. İlk növbədə, Azərbaycan xalqı və bütün beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin andiçmə mərasiminə şahidlik etdi. Əminəm, biz Prezidentin mərasimdəki çıxışına hələ çox müraciət edəcəyik. Şübhəsiz ki, buna böyük ehtiyac var. Səsləndirilmiş bir çox mesajın mənaları və açıqlamaları yalnız zamanla və müvafiq hadisələr baş verəndən sonra bizim üçün aydın olacaq. İnsanlar ölkəmizin həyatında yaşanmış bu gözəl hadisənin ilhamverici aurasının təsiri altında sabaha yeni və böyük ümidlərlə baxdığı zaman öz xəstə xislətlərinin təsiri altında yata bilməyən siyasətciklər həmin gecə xain və çürümüş içlərini ifşa edən qərəz dolu statuslar yazıblar. Kaş ki, bunların başları dövlətin və cəmiyyətin xeyrinə olan məsələlərdə ə bu cür “sürətlə” işləyəydi. Ancaq bu, mümkünsüzdür, çünki bunların arzu və niyyətləri dövlətin, xalqın rifahı deyil, əksinə, cəmiyyətdə nifaq salmaqdır. Odur ki, yaramaz və obyektiv həqiqətdən çox uzaq qərəzli mülahizələri qabaqlamaq üçün dərin məzmunlu bəzi məqamları qısaca vurğulamaqda fayda var.

Bu fikirlər politoloq A.Adilin “İnam və güvən” sərlövhəli yazısında yer alıb.

ARANTV.AZ  məqaləni təqdim edir.

Razılaşaq ki, “Prezidentin çıxışı proqram xarakterli olubdur” kimi ifadələrdən istifadə çox kiçik səslənir və orada səsləndirilmiş fikirlər bu ifadəyə sığışmır. Çəkinmədən deyə bilərik ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi təsəvvür etdiyimiz proqramlardan çox-çox üstündür. Proqram xarakterli nitqləri isə dövlət başçısı əsasən hökumətin iclaslarında konkret hədəfləri müəyyən etdiyi zamanı səsləndirir.

Prezidentin budəfəki nitqi daha çox öz xalqı ilə üz-üzə edilmiş səmimi söhbətə bənzəyirdi. Milli Məclisin tribunasından çıxış edən Prezident sanki öz xalqına həm hesabat verir, narahatçılıq doğan məqamları səsləndirir və həm də gələcəklə bağlı niyyətlərini qeyd edirdi. Ailə başçısı öz övladları ilə səmimi söhbət edirmiş, onlara nəsihətlər verirmiş kimi sanki böyük bir ailənin üzvləri sevincli günü bir yerdə qeyd edirdilər. Azərbaycan mentallığının gözəlliyi və üstünlüyü budur. Milli birliyin kökündə duran dəyərlər budur. Təsadüfi deyil ki, Prezident andiçmə mərasimi zamanı əlini müqəddəs “Qurani-Şərif”ə basaraq məhz bu sözləri dedi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”

İnsanların diqqətini həqiqətdən uzaqlaşdıran, daha çox əyləncəli şouya bənzəyən və keçirilməsi üçün fantastik maliyyə vəsaitləri ayrılan Qərb ölkələrində təşkil olunan andiçmə mərasimlərindən fərqli olaraq Prezident İlham Əliyevin andiçmə mərasimi yenə də öz təvazökarlığı ilə seçildi. Yalnız mənəvi kasıblıq və düşüncə kasadlığı səbəb ola bilər ki, Prezidentin təvazökarlığının növbəti təzahürü olan bu cür andiçmə mərasimi “gizli mərasim” kimi dəyərləndirilsin.

Bəzilərinin özləri üçün örnək hesab etdikləri ABŞ-da təşkil olunan inauqurasiya mərasimlərini xatırlayaq: bir neçə gün davam edən konsertlər, ardı kəsilməyən ziyafətlər, məşhurların libas yarışları, təşkil olunan əyləncələr, televiziya məkanında ardı kəsilməyən bahalı tok-şoular, bahalı hədiyyələr və daha nələr-nələr. Gözə kül üfürmək üçün təşkil olunan bütün bu “parıltıların” tək hədəfi hansısa həqiqətləri gizlətməkdir. Odur ki, Prezidentin bütün bu “şoubazlıq”dan uzaq olan andiçmə mərasiminin “gizli mərasim” adlandırılmasının mənəviyyatsızlıq və siyasi əxlaqsızlıqdan başqa adı yoxdur.

Kontrastı daha aydın təsəvvür etmək üçün populist siyasətçilərin mövcud kontekstdəki ritorikalarının klassik vurğularına diqqət yetirək: demaqoq vədlər, ucuz populizm, əsassız iddialar, hamını hamıya qarşı mübarizəyə çağıran şüarlar, total şübhələr və s. Bunların əvəzinə biz cənab Prezidentin nitqində yalnız birlik, həmrəylik və xalqa güvən motivləri eşitdik. Heç birimiz üçün təəccüblü deyil ki, məhz elə bu amillər və cənab Prezidentin bu cür yanaşması düşmənlərimizi daha çox narahat edir.

Mövcud konteksti inkişaf etdirərək dövlətimizin başçısının çıxışında əksini tapmış növbəti sözlərə diqqət yetirək: “Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq”. Bəli, budur cənab Prezidenti fərqləndirən cəhət. Milli Məclisin tribunasından çıxış edən Prezidentin hər bir cümləsi bizə sabaha güvən və inam hissi bəxş edirdi. Zaman və yaşadığımız hadisələr bizə sübut edir ki, dövlətimizin başçısının siyasəti məhz güvən bəxş edən etibarlı siyasətdir. Övlad öz valideyninə güvəndiyi kimi, Azərbaycan xalqı da öz Liderinə güvənir. Bu güvən amili Azərbaycan dövlətinin və xalqının gücüdür. Təsadüfi deyil ki, bütün təxribatçı qüvvələrin demaqogiyalarının hədəfində qeyd etdiyimiz bu önəmli amillə bağlı şübhələrin yaradılmasıdır.

Mövcud kontekstdə olduqca əlamətdar məna daşıyan Prezident İlham Əliyevin çıxışından daha iki sitatı diqqətə çatdırmaq yerinə düşər: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” və “Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu gündəlik həyatda görürük”. Dövlət başçısının qeyd olunan fikirlərində iki açar ifadə müəyyən oluna bilər: milli birlik və ideoloji təxribatlar. Azərbaycanla güc dilində danışmağın artıq mümkünsüzlüyünü anlayan Qərb cəmiyyətimizdə mövcud olan milli birliyə məhz ideoloji təxribatlar vasitəsilə zərər vurmağa çalışacaq. Qeyd olunanlar bir daha Prezidentin siyasi dialoqa nə qədər önəm verərək böyük diqqət ayırmasının və əksinə, radikalların niyə bütün vəchlə bu dialoqdan qaçmasının səbəbini bizə aşkar edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Müzəffər Sərkərdə, Qalib ordu, Xalqın əyilməz ruhu: Bizim qarşımızda heç kim dura bilməz

Next

Güclü iqtisadiyyat, Lider qətiyyəti, xalqın inamı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv