Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İrəvan Bakıya yenə “yox” desə…

By Vüsal Rafiqoğlu
19.03.2024 4 Min Read

Paşinyan komandası sülh mətninin məzmununu müxalifətə göstərməkdən imtina edib; Azərbaycanla Ermənistan sülhə hər zamankındən daha yaxındır…

Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin taleyi qeyri-müəyyən olaraq qalır. Hərgah son vaxtlar danışıqları intensivləşdirmək yönündə hərəkətlənmələr, səylər artmış kimi görünür. Hətta bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirinədək sülh sənədinin imzalana biləcəyi, Nikol Paşinyanın da Azərbaycana gələ biləcəyi haqda ümid və gözləntilər səslənib. Prezident İlham Əliyev bu xüsusda ötən həftə XI Qlobal Bakı Forumunun açılışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülhə hər zamankındən daha yaxındır. “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”, – Prezident əlavə edib. Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da hazırda Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb.

Bu arada Ermənistan XİN-i müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmağa imkan verməyib. Qadağa barədə sosial şəbəkələrdə parlamentindəki müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. Deputat deyib ki, Bakının fevralın 23-də təqdim etdiyi son təkliflər paketi ilə tanış olmaq xahişini XİN rədd edib. Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər. Lakin Manukyana görə, imtina üçün heç bir hüquqi əsas yoxdur. O, sənədlərə girişin qadağan edilməsinin daha əvvəl müxalif erməni deputatlar üçün razılaşmaların mövcudluğundan narazılığını bildirən Azərbaycanın təzyiqinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, Ermənistan XİN-in bu qərarı deputatların ictimaiyyəti məlumatlandırmaq işini çətinləşdirmək və bilərəkdən çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Yada salaq ki, bu ilin yanvarında müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olmuşdular. O zaman Manukyan açıq şəkildə bildirmişdi ki, Bakının təklifləri sülh yolu ilə nizamlanmaya kömək etmir. Buna cavab olaraq Ermənistan XİN deputatlara gələcəkdə bu cür sənədlərə girişin məhdudlaşdırıla biləcəyi haqda xəbərdarlıq etmişdi. Maraqlıdır ki, məhz belə bir qadağa fonunda XİN rəhbəri Ararat Mirzoyan ötən həftəsonu bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə, delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi 1991-ci il sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır. “Hazırda iki ölkənin mövqeləri hətta bir ay əvvəlkindən də yaxındır”, – nazir vurğulayıb. Bəlkə elə buna görə sənədin məzmunu erməni müxalifətindən gizlədilir? Doğrudanmı Bakı İrəvan sülh müqaviləsini imzalamağa heç vaxt olmadığı qədər yaxındır? Bakının son təkliflər paketində nə var və demək olarmı ki, İrəvan onunla razılaşmaq üzrədir?

Arzuxan Əlizadə: “Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi prosesi  dayanmayacaq” - Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bir müddət əvvəl parlamentin müxalifətdən olan üç deputatı iqtidardan sülh mətni ilə tanışlığı istəmişdi: “O zaman sülh mətni, delimitasiya prosesi ilə bağlı görüş olmuşdu, məzmunu onlara çatdırılmışdı. Sonra həmin erməni deputatlar açıqladılar ki, mətndə narahatedici məqamlar var və Azərbaycanın şərtləri ağırdır, əgər qəbul olunarsa, o halda Ermənistanı böyük problem gözləyir. Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər”. A.Əlizadənin fikrincə, görünür ki, bəzi məsələləri ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu prosesin uzanması həm də onu deməyə əsas verir ki, Azərbaycan mövqeyində israrlıdır”. Partiya sədrinin sözlərinə görə, onlar da istərdi ki, sülh mətni ilə tanış olsunlar: “Biz ən çətin məqamlarda dövlətin yanında olmuşuq, dövlətçiliyi dəstəkləmişik. Əgər bəzi məsələlərin açıqlanması məsləhət deyilsə, ən azı siyasi təşkilatlarla bunu bölüşmək olar. Xatırlayıram ki, mərhum Heydər Əliyevlə partiyaların birgə iclası olmuşdu, qapalı tədbirdə Qarabağ məsələsi müzakirə olunmuşdu. Bu dəfə də belə bir toplantı mümkündür və siyasi təşkilatlar dövlətçiliyin maraqları naminə ictimaiyyəti sülhlə bağlı yönləndirmək istiqamətində addımlar ata, ümumi işə fayda verə bilər”.

Samir Əsədli: “Bu birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə  nəticələnəcək” - pia.az

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqladı ki, erməni iqtidarı sənədi müxalifətdən daxili təpkilərə görə gizlədir: “Paşinyan komandasına elə gəlir ki, müxalifət sənədlə tanış olduqdan sonra ictimai rəydə manipulyasiya edə biləcək. Yəni siyasi qüvvələr iqtidarı təslimçilikdə, torpaq verməkdə, iddialardan əl çəkməkdə ittiham etməyə başlayacaqlar. Müxalifət bəyan edəcək ki, sənəd Ermənistanın milli maraqlarına uyğun deyil, xalqın istəklərini fadə etmir və hakimiyyətin güzəştə getmək aktıdır. Bunu bildikləri üçün mətni müxalifətin əlinə vermirlər. Çünki bir dəfə eyni aqibət yaşanıb. O səbəbdən müxalifət daxili auditoriyada populyarlıq qazanmasın, iqtidar satqın obrazında təqdim olunmasın deyə danışıqların detallarını gizlədirlər”. VHP funksioneri qeyd etdi ki, sülhün alternativi olmadığını erməni müxalifəti də dərk edir, sadəcə, iqtidara basqı etməkdədirlər. S.Əsədli bildirdi ki, Paşinyan cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Ona görə bəyan etdi ki, xalq istəyəndə referendum olacaq. Qanunvericiliyə dəyişiklik üçün münbit siyasi şərait gözləməkdədir. Sonra Müstəqillik Aktından ərazi iddiaları referendumda dəyişikliklərlə aradan qaldırılacaq. Bunu indi edəcəyi təqdirdə müxalifət iqtidarın üzərinə getməyə başlayacaq. O cəhətdən həm sülh danışıqlarının məzmunu müxalifətə təqdim olunmur, həm referendum keçirilməsi üçün tələskənliyə yol vermək istəmirlər. Hər halda, Böyük Britaniyanın baş nazirinin sözləri də kifayət qədər cəlbedici idi. Rişi Sunak eyham vurmuşdu ki, COP29-dək tarixi sülh müqaviləsinin imzalanması istisna deyil”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mikayıl Cabbarov İlaxır çərşənbə ilə bağlı paylaşım edib – VİDEO

Next

Prezidentlərin Xudafərin görüşünün sirri – Zəngəzur məsələsi…

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv