Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Klaarın “canfəşanlığı”, yoxsa…

By Vüsal Rafiqoğlu
26.03.2024 3 Min Read

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanı növbəti dəfə ittiham edib. Belə ki, o, sosial şəbəkə hesabında bildirib ki, guya Azərbaycan mediasında Ermənistana qarşı “təhdid” var. Bununla kifayətlənməyən Klaar rəsmi Bakıya məsləhət verməyi də unutmayıb: “Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilməlidir”. 

Bəri başdan qeyd edək ki, martın 7-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. Həmin görüşdə tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Bütün bunlar barədə də ətraflı məlumat verilib.

Amma nədənsə Klaar bunu həqiqi danışıqlar kimi qəbul etmək istəmir. Görünür, həmin danışıqların heç bir vasitəçi olmadan aparılması bu cənabı da qane etmir. Çünki belə olan təqddirdə  Qərb Ermənis¬tan vasitəsi ilə Cənubi Qafqazla bağlı qlobal planlarını diktə edə bilmir. Ərazi bütövlüyünü, suverenliyini ədalətli, öz gücü ilə bərpa edən Azərbaycana isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, öz maraqlarından çıxış edən qərəzli vasitəçi lazım deyil. Digər tərəfdən, bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilir. Bu mənada burada heç bir təhdiddən söz gedə bilməz. Heç rəsmi Bakının da belə bir açıqlaması yoxdur. Azərbaycan mediasında işğalda olan kəndlərimizin qaytarılmasında güc amilindən istifadənin mümkünlüyü barədə fikirlərə gəldikdə isə, ola bilsin ki, hansısa siyasi politoloq buna eyham vurub. Amma bu onun şəxsi fikridir. Bundan qorxuya düşmək və yaxud onu rəsmiləşdirməyə çalışmaq isə absurddur. Unutmayaq ki, çağdaş dünyada azad medianın, insan hüquq və azadlıqlarının təmin edilməsi cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Erməni mediası isə işğal altında saxlanılan Qazaxın kəndlərinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Üstəlik, erməni mediası yerli sakinləri qızışdıraraq, onların “silahlı müqavimət göstərəcəyini” bildirir və bununla  da Azərbaycanı hədələyirlər. Amma Klaar da bütün bunların üstündən sükutla keçir. Bu məqamda  Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənın “X”dəki hesabında yazdığı bu fikri də xatırlatmaq yerinə düşərdi: “Cənab Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”.
Digər tərəfdən, Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayarkən bildirdiyi kimi, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb: “Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar hansısa səbəbə görə cənab Klaarı narahat edir. Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır”.

Elə Avropa İttifaqının  Xarici əlaqələr  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Borrel də onun kimi hərəkət edir. Belə ki, o bu yaxınlarda  heç bir fakta əsaslanmadan bildirmişdir ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bununla da ölkəmizi təhdid etmişdir. Məqsəd isə aydındır: Fransanın Cənubi Qafqazda Avropa İttifaqının lider ölkəsi mövqeyinə yiyələnməyinə nail olmaq,  rəsmi Bakının tamamən dəyişdiyi lokal geosiyasi reallıqları dəyişmək, bölgənin yeni geosiyasi və geostrateji formatlanmasına nail olmaq, Azərbaycanı hansısa  güzəştlərə vadar etmək.

Fransanın Ermənistanı açıq-aşkar silahlandırmasını və Aİ-nin “mülki missiyası”nın daha aktiv rol oynamağa çalışmasını, ölkəmizə qarşı böhtanların kəskinləşməsini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu qurumun rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəllər törətməkdə, ikili standartlardan çıxış etməkdə davam edirlər.  Başqa sözlə desək, Avropa İttifaqı cənab Klaarın timsalında birbaşa İrəvanın maraqları üzərində dayanır və bu maraqları sülh müqaviləsinə gətirmək kimi avantüraya  əl atır. Yeri gəlmişkən, “O olmasın, bu olsun” filmindəki  hamam səhnəsində qonaqlar yalandan şuluq salan zaman hamamçıya deyirlər: “Məşədi Qəzənfər, bunlar hamısı sənin hamamının suyunun təsirindəndir”. Klaarın isə beləcə sayıqlaması erməni konyakının təsirindəndir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünyaya uşaq gətirmək vacib deyil – Nisə Qasımova

Next

Türkiyə “PKK səhifəsi”ni birdəfəlik bağlamaq istəyir – ŞƏRH

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv