Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cəlladın qulağını kim və necə kəsdi?

By Vüsal Rafiqoğlu
30.03.2024 4 Min Read

Naxçıvanlı Əli Səbri Qasımov Andronikə elə “toy” tutdu ki…

Lənətlik Andronik Ozanyan (bəzi mənbələrdə Uzunyan) tarixdə həm də “tayqulaq Andronik” kimi qalıb. Erməni qatilin qulağını kimin kəsməsi isə bir müəmma kimi həmişə müzakirə mövzusu olub. Bununla bağlı bir neçə versiya var: Həmin versiyalarda bunun Laçın hakimi məşhur Sultan bəy Sultanov, Osmanlı İmperiyasına xəyanətə görə türk zabitlərindən biri, hətta Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün etdiyini yazanlar da olub. Lakin əldə edilən mötəbər faktlar onun qulağını məhz naxçıvanlı Əli Səbri Qasımovun kəsdiyini sübut edir.

1918-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb. Bildirildiyinə görə, Qori Müəllimlər Seminariyasının məzunu olub. O, bir müddət “Molla Nəsrəddin” jurnalında “Tağı Yunuszadə” imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Onun şəxsiyyəti barəsində “Azərbaycan” qəzetinin 1919-cu il 193-cü sayında gedən bir yazıda ətraflı məlumat verilir.

Qeyd edək ki, o zaman Bakıda soyqırımı törədən  ermənilər bölgələrimizə hücum edir, əhalini qılıncdan keçirir, kəndləri dağıdıb yandırırdılar. Naxçıvanın da başının üstünü erməni işğalı kəsdirmişdi. Ancaq naxçıvanlılar sarsılmaz müqavimət göstərirdilər. Naxçıvanın özünümüdafiəsinə rəhbərlik edənlərdən biri olan Əli Səbri bölgədə at oynadan “Transqafqaz” ali komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik… Bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik. Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”.

Əli Səbri bəyin sayəsində Naxçıvanda ermənilərə qarşı savaş üçün yerli özünümüdafiə dəstələri formalaşdı. Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyi ilə silahlı dəstələrin yaradılmasına təşəbbüs göstərərək onların əlaqələndirilməsində xüsusi rol oynadılar. Nehrəm taboru (komandir Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatı – Abbasqulu bəy Şadlinski və Civə kənd könüllülərinin komandiri Balabəy Vəkilovun erməni işğalçılarına qarşı döyüşlərdə iştirakı Əli Səbri bəyin təşkilatçılığı ilə oldu.

Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda “Mücəddin” siyasi dərnəyinin rəhbəri Mir Heydərzadə, Eynalı bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi əsrin görkəmli ziyalıları mübarizənin əsas istiqamətlərini göstərir və izah edirdilər. Çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya ilə deyil, qardaş Türkiyə ilə birlikdə görürdü.

Cəbhələrdə isə qanlı döyüşlər şiddətli xarakter alırdı. Andronikin dəstəsi Naxçıvanın bölgələrində qəddarlıqlar edirdi. 1918-ci ilin ortalarında Andronikin dəstəsi İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət etməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı hərbi cani Xorazyantsı Naxçıvana göndərdi. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirərək silahlı dəstələr yaradıb general Andronikin hücumlarına dəstək vermək idi. Arazboyu düzənlikdə yerləşən Küznüt-Çeşməbasar kəndlərinə dəstə ilə gəlib buranı qərargah edən Andronik Nehrəmi qəfildən ələ keçirməyə çalışırdı. Bunun üçün onun planı vardı ki, yerli caamatı aldadıb Nehrəmi işğal etsin. Ona görə də kənd əhalisinə xəbər göndərir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir, kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik törətməsinlər. Əli Səbri bəy onun necə qəddar və yalançı olduğunu bildiyi üçün ərazi boyu dəstəsini düzür. Elə burada da Andornikin dəstəsi mühasirəyə alınır, Nehrəm kəndində ona ağır zərbə vurulur. Andronik bir də ayılır ki, əsgərlərin əksəri qırılıb, sağ qalanlar isə qaçır, özü bir neçə nəfərlə meydanda qalıb. Canını qurtarmaq üçün erməni keşişin olduğu kilsədə gizlənir. Keşişin geyimini və atını əlindən almaq, sonra onu öldürüb qaçmaq istəyəndə ələ keçir.

Androniki Əli bəyin qarşısına gətirirlər. Onu nə gözlədiyini bilən bədnam general diz çöküb yalvarır və and içir ki, azad edilsə, döyüşdən qaçan əsgərləri də götürüb birdəfəlik bu torpaqlardan gedəcək. Əli bəy ona inanır. Lakin deyir: “Gərək sənin dediyin sözləri qulağında sırğa edim” və onun qulağını kəsib əlinə verir: “Bu qulağı özündə saxla və bir də bu torpaqlara gəlsən, başın da onun kimi kəsiləcək”.

Androniki azad edirlər, lakin andının üstündə durmur. Geri çəkilən Andronik Şıxmahmud, Didivar, Zeynəddin, Qahab, Əlincə boyundakı kəndləri talayır və yerli əhalini qılıncdan keçirir.

1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması istiqamətində mühüm işlər görüldüyü bildirilir. 1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin il oktyabrın 25-də Müsəlman Milli Şurasının qərargahında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan vətənpərvərləri qəti fikirlərini bildirirlər: “Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir”.

SSRİ-dəki repressiya illərində kütləvi həbslər zamanı Əli Qasımov da həbs olunaraq sürgün edilir. Qori Müəllimlər Seminariyasının və ADU-nun ( indiki BDU-nun) filologiya fakültəsinin məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Səbri 1938-1948-ci illərdə sürgündə əzablarla dolu həyat yaşayır. Vətənə qayıdandan və 1956-cı ildə bəraət alandan sonra “Azərnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında ədəbi fondun sədri işləyir. Ancaq heç zaman bu hadisə haqqında heç nə danışmır. Çünki nəql etdiyimiz kimi, ermənipərəst Sovet hökuməti buna görə onu bir dəfə sərt cəzalandırmışdı.

Xalqımızın qəhrəman oğullarından biri Əli Səbri Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat edib. Onun adı çox zaman çəkilməsə də ancaq unudulmayıb. Bu gün biz hamımız onun əziz ruhunu hörmətlə yad edirik. Ruhun şad olsun, Əli Səbri bəy!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Seçim haylarındır: Sülh, yoxsa “dəmir yumruq”

Next

Ermənistanın hərbi cinayətləri davam edir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv