Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Seçim haylarındır: Sülh, yoxsa “dəmir yumruq”

By Vüsal Rafiqoğlu
30.03.2024 3 Min Read

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin sülhə doğru irəlilədiyi indiki məqamda işğal altında qalan 8 kəndin geri qaytarılması məsələsi xeyli aktuallaşıb. Əsasən Sovet dövründə yaranan anklav və qeyri anklav kəndlərin 7-si Qazax rayonunun – Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. İşğal altında olan bu kəndlədən Yuxarı Əskipara, Barxudarlı və Sofulu Ermənistan ərazisi ilə    əhatə olunan, Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir və bu yaşayış məntəqəsi də Ermənistanın ərazisi ilə əhatə olunan anklavlardır. Xatırladaq ki, anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri Birinci Qarabağ müharibəsi  zamanı ermənilər tərəfindən işğal olunub.

Həmin dövrdən də kəndlərin heç birində azərbaycanlı sakin qalmayıb. Yaşadıqları yurdlarını tərk etmək məcburiyyətində qalan əhali hazırda Qazax rayonu və Naxçıvan Muxtar Respublikası  ərazisində məskunlaşıb. Bu gün Azərbaycan haqlı olaraq həmin kəndlərin boşaldılmasını qarşı tərəfdən tələb edir. 44 günlük Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonra Azərbaycan işğal altında olan torpaqlarını azad etsə də sözügedən 8 kənd hələ də erməni işğalında qalır. Ölkəmizin rəsmi mövqeyi ondan ibarətdir ki, iki dövlət arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər qeyd-şərtsiz qaytarılmalı və heç bir danışıqlar predmeti olmamalıdır. Lakin rəsmi İrəvan  bütün məsələlərdə olduğu kimi, anklavlar məsələsində də qeyri-konstruktiv mövqe tutmaqdadır.

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların martın 7-də 7-ci görüşü zamanı delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə mühüm addımlar atılıb. İlkin mərhələdə Azərbaycan tərəfi 4 kəndin qaytarılmasını tələb etmişdir. Məlumdur ki, işğal altında olan 8 kəndlə bağlı Ermənistan daxilində fikir ayrılığı var. Məsələnin həlli istiqamətində Paşinyan ölkədaxili qüvvələrdən ehtiyat edərək, sərhədlərin delimitasiyası məsələsini ləngidir. İkinci Qarabağ müharibəsinin bitməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də 8 kəndin azad edilməsi istiqamətində Ermənistan heç bir addım atmayıb. Ölkəmiz məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verir. Qarşıda duran əsas vəzifə Ermənistanla sərhədlərimizin müəyyənləşdirilməsidir. Bunun üçün də sadəcə sovet dövrünə aid bir deyil, bir neçə xəritədən istifadə olunacaq. Ermənistan baş naziri 1975-ci ilin xəritələrini gündəmə gətirməyə çalışsa da, həmin xəritələrdə anklavlar göstərilməyib. Bu isə Paşinyanın demarkasiya və delimitasiya işlərini anklavlar istisna olmaqla aparmaq istədiyinin sübutudur. Azərbaycan tərəfi prosesin 1990-1993-cü illərin xəritələri əsasında həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.

Baş nazir Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyil, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr olan ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlama verirsə, o zaman, anklav kəndlərin qaytarılmasını da təmin etməlidir. Qədim Azərbaycan torpaqlarında özlərinə dövlət quran haylar çox yaxşı bilirlər ki, onlar buralara gəlmədir. Nəinki 8 anklav və qeyri anklav kənd, bütövlükdə Ermənistan özü qədim Azərbaycan ərazisində yerləşir. Dövlətimiz 30 illik işğala son qoyaraq Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etdiyi kimi, anklav və qeyri anklav kəndlərini də erməni əsirliyindən xilas etməkdə israrlıdır. Eyni zamanda, Azərbaycan həmin kəndlərin geri qaytarılmasını tələb edərkən onların ətrafındakı ərazilərin də təhvil verilməsi məsələsini gündəmə gətirir. Qazağın anklav kəndləri geri qaytarılarkən onların ətrafındakı ərazilər mütləq boşaldılmalıdır. Çünki anklavlar təhvil verildikdə o kəndlərə qayıdacaq əhalinin başqa bir dövlətin ərazisindən gediş-gəlişi çətinliklər törədəcək.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin gedişində həmin kəndlərimiz də işğaldan azad edilə bilərdi. Çünki o kəndlər Azərbaycana aiddir. Amma həmin kəndlə Azərbaycan arasında erməni torpaqları var idi. Ora əkin, otlaq əraziləri olan torpaqlardır. Ölkə başçısı bütün dünya ictimaiyyətinə müraciət edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmalıdır. Bəziləri bu işin yarımçıq qalacağına görə narahat idi. Lakin Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunana qədərbu proses davam edəcək. O kəndlər Azərbaycanın ərazisi olaraq dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınır. Həmin kəndlərin işğal olunduğu konkret tarixlər var. Bunları hətta Ermənistan da danmır. Odur ki, kəndlər mütləq azad ediləcək. Bu kəndlərin məsələsi sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı müəyyənləşəcək.

Ermənilər kəndlərin onlara məxsus olmadığını bilir, amma vaxtı uzatmaqla əsəbləri tarıma çəkmək, Azərbaycanı hövsələdən çıxarmaq və müharibəni Ermənistan daxilinə çəkməyə çalışırlar. Amma Ermənistan beynəlxalq qanunlara, qaydalara və tələblərə əməl etməyə borclu olduqlarını da unutmamalıdır. Əks halda seçim haylarındır: Sülh, yoxsa “dəmir yumruq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hər il 3 milyon insan həddindən artıq duz qəbulu səbəbindən ölür – ÜST

Next

Cəlladın qulağını kim və necə kəsdi?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv