Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda elektrobus istehsalına başlanılır – xarici bazarlara çıxa biləcəkmi?

By Vüsal Rafiqoğlu
04.07.2024 3 Min Read

Fikrət Yusifov: “MDB məkanında elektrik mühərrikli avtobusların  alıcıları yetərincə olacaq”

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək.

Xəbərdə bildirilir ki, baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bir müddət öncə açıqlamalarında birində bildirmişdi ki, Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənir.

“İctimai nəqliyyatda dəyişikliklər olacaq. Ölkəyə elektrik mühərrikli avtobuslar gətirilib. Marşrutlarda avtobusların yerlərini dəyişdirməklə biz avtobusların yüklülüyünün azalmasına nail olmuşuq. Hazırda avtobusların daxilində yer var. Bakının yeni marşrut şəbəkəsi hazırdır. Biz onu rəqəmsal əkizə ötürmüşük. Marşrut xətlərinin sayı azalacaq, marşrutlarda avtobusların sayı artacaq. Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır”, – deyə o qeyd edib.

Onu da qeyd etmək yerinə düşər ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsi (BUS 2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır.

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, elektrik mühərrikli avtobusların istehsalı zavodu işə düşəndən sonra təkcə yerli tələbatı deyil, ixracı da nəzərə almaq lazımdır: “Dünyanın enerji balansı sürətlə dəyişir. Bu sırada dayanan əsas məsələlərdən biri də yanacaqla işləyən avtomobillərin elektromobillərlə əvəz edilməsidir. Bu proses artıq böyük bir sürətlə irəliləməkdədir. Son 10 ildə dünyada elektromobillərin sayı 140 dəfədən çox artıb. Bu gün dünyada 26 milyondan çox elektromobil hərəkət edir və bu say durmadan, sürətlə artır. Dünyanın ən aparıcı avtomobil istehsalı müəssisələri 2035-ci ildən sonra yanacaq mühərriki ilə işləyən avtomobillərin istehsalını dayandıracaq və yalnız elektromobillər istehsal edəcəklər.

Beynəlxalq müstəvidə baş verən bu proseslərə Azərbaycan hökuməti də adekvat cavablar verməkdədir. Biz ölkəmizə idxal olunan və son 3 ildə istehsal edilmiş elektromobillərin idxalını gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad etmişik. Məqsəd belə avtomobillərin idxalını stimullaşdırmaqdır. Nəticələr isə göz qabağındadır. Son 3 ildə Azərbaycana elektromobillərin idxalı 16 dəfəyə qədər artıb. Elektrik mühərrikli avtobusların Azərbaycanda istehsalına gəlincə, bunu alqışlamaq lazımdır. Belə bir zavodun tikintisi müasir çağırışlara cavab verən ən mühüm bir addım olacaq. Təbii ki, biz bu zavodu yaradarkən onun məhsullarının yalnız daxili bazarın ehtiyaclarını ödəməsini deyil, ixrac edilməsini də nəzərdə tutmalıyıq. Çünki bu məhsullara təlabat böyükdür və ən azından MDB məkanında onun alıcıları yetərincə olacaq. Bu isə real sektordan ixracımızın həcminin artmasına bir dəstək ola bilər”.

Qeyd edək ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi çərçivəsində “BakuBus” MMC tərəfindən şirkətdən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən icrasına başlanan növbəti layihə çərçivəsində isə “Koroğlu” metrostansiyasının çıxışında avtobus, metro, dəmir yolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb. Elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri də burada quraşdırılacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanla NATO-nun əməkdaşlıq planları – Türkiyə üzərindən, yoxsa…

Next

TƏCİLİ! Məktəblərdə mühüm DƏYİŞİKLİK – RƏSMİ

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv