Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanla NATO-nun əməkdaşlıq planları – Türkiyə üzərindən, yoxsa…

By Vüsal Rafiqoğlu
04.07.2024 3 Min Read

Alyans generalı Bakıdadır, O’Brayn isə ölkəmizi NATO sammitinə dəvət edib; Azərbaycanın bloka üzvlük hədəfi yoxdur və doğru strategiyadır – siyasi və hərbi analitiklərin rəyi 

Azərbaycanla NATO əlaqələri özünün yeni mərhələsinə qədəm qoyub. NATO-nun Baş katibi Yens Stoltenberq martda Azərbaycanda səfərdə olarkən bununla bağlı anons verilmişdi.

Artıq bu istiqamətdə praktiki fəaliyyətə start verilib. NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ölkəmizə səfər edib. İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Stefan Fikslə görüşüb. Tərəflər regional təhlükəsizlik, habelə Azərbaycan-NATO əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib. O vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir.

Habelə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub. Səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib. Bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur. Bəs NATO ilə konkret hansı formatlı əməkdaşlıqlar nəzərdə tutulur və Azərbaycanın milli, regional maraqlarına nələr uyğundur? NATO ilə əməkdaşlığın dərinləşdirilməsi Türkiyə üzərindən həyata keçiriləcək, yoxsa birbaşa əlaqələr daha effektivdir? Ümumiyyətlə, Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, onlar nəinki NATO-ya üzv olmağa, hətta Avropa Birliyi ilə assosiativ saziş imzalamağa belə niyyətləri yoxdur. Azərbaycanın NATO ilə əməkdaşlığı fərdi tərəfdaşlıq proqramı çərçivəsində qalıb. İllərdir Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində tərəfdaşlıq edir. Ölkəmiz 1997-ci ilin iyulunda NATO-nun Avroatlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. İki il sonra isə Azərbaycan NATO-nun rəhbərliyi ilə Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Həmin vaxtdan başlayaraq, Azərbaycanın bu nüfuzlu qurumla münasibətləri getdikcə yaxşılaşıb.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, indi alyans üzvü olmaq istəsək də mümkün deyil, səbəb bunun uzunmüddətli və mürəkkəb proses olmasıdır: “İnanmıram ki, birinci biz istəyək, ona da inanmıram ki, bizi tezliklə üzv qəbul edələr. Azərbaycanın NATO dövlətləri ilə strateji mövqeləri üst-üstə düşür, maraqlar uyğunlaşır. Biz NATO ordusu olan Türkiyə ilə birgə ordu qurmaqdayıq. Azərbaycan ordusu NATO standartlarına getdikcə yaxınlaşır. Amma siyasi aspektdən alyansa qoşulmağa gələcəkdə baxıla bilər”. Hərbi analitikin fikrincə, Ermənistanla sülh müqaviləsi imzalanmayıb və NATO-ya qoşulmaq kimi bir istək də gündəmdə deyil: “NATO Cənubi Qafqaz ölkələrini birgə qəbul etmək istəyəcək, ya da gələcəkdə bunu hansısa formada reallaşdırmağı nəzərdən keçirəcək. Hazırda bizim strategiyamız NATO-ya üzvlük niyyəti ortaya qoymadan, bu blok səviyyəsində ordu formalaşdırmaqdır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır: “Çünki Azərbaycan Ordusu Türkiyə və deməli, NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir” tezisi buna dəlalət edir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. Bu görüşdə verilən isti mesajlar bir daha onu göstərir ki, əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır”. Politoloq hesab edir ki, Azərbaycanın NATO üzvlüyü kimi hədəfi yoxdur, bu, doğru strategiyadır: “Belə bir hədəfi qoysaq belə, Şimali Atlantika Blokuna üzv olmayacağımız bir yana, şimal və cənub istiqamətindən artan təzyiqlə üzləşəcəyik. Bu bizə lazım deyil. Azərbaycan üçün NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirmək kifayətdir. Buna isə heç kim etiraz edə bilməz, bu reallığı Rusiya və İran da qəbul edib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə QƏRAR VERDİ

Next

Azərbaycanda elektrobus istehsalına başlanılır – xarici bazarlara çıxa biləcəkmi?

Xəbər lenti

  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv