Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanlı turistlərə Şengen vizası niyə çətinliklə verilir? – açıqlama

By Vüsal Rafiqoğlu
21.09.2024 3 Min Read

Ekspert: “Avropaya dəfələrlə səfər etmiş vətəndaşların çətinliklə üzləşməsi başadüşülən deyil”

Bir neçə aydır ki, Azərbaycan vətəndaşları xüsusilə sosial media platformalarında Şengen vizasının alınması ilə bağlı şikayətlənilər. Bir neçə günlük Şengen zonası ölkələrində gəzməyə, yaxud istirahətə yollanmaq istəyənlər ya görüş götürə bilmirlər, ya da bütün sənədlər qaydasında olsa belə, imtina cavabı alırlar. Hətta əvvəllər Şengen vizası almış vətəndaşların da viza almaqda çətinlik yaşadığı müşahidə olunur.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Report”a müsahibəsində bildirib ki, nazirlik Azərbaycan vətəndaşlarının xüsusilə Şengen ölkələrinə səfər üçün viza müraciətlərində üzləşdikləri çətinliklərdən xəbərdardır. Nazirliyin rəsmisi qeyd edib ki, sözügedən problemlər dəfələrlə nazirlik tərəfindən gündəmə gətirilib:

“2013-cü il noyabrın 29-da imzalanmış ”Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi, o cümlədən Avropa İttifaqına üzv dövlətlər ilə keçirilən ikitərəfli görüşlər və Konsulluq məsləhətləşmələri çərçivəsində qeyd olunan problemlər dəfələrlə tərəfimizdən gündəmə gətirilib. Xüsusilə nəzərinizə çatdırmaq istərdik ki, qeyd etdiyimiz sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, Sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən isə ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutmalıdır. Bu məsələlər daim Xarici İşlər Nazirliyinin diqqətində saxlanılır”.

Turistlərin və xüsusilə tələbələrin daha çox səfər etdiyi ölkələrdən biri İtaliyadır. İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bir neçə ay öncə mövzunu şərh edərkən bildirmişdi ki, səfirlik vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır.

“Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik”, – diplomat jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.

“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə deyil, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, – səfir açıqlama vermişdi.

Rəhman Quliyev: "Suqovuşanda müxtəlif kateqoriyalı hotellər tikilməlidir" -  Turizm Media

 Rəhman Quliyev

Turizm üzrə ekspert Rəhman Quliyev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, səfirliklərin, konsulluqların ölkə hüdudlarından kənara getmək istəyən Azərbaycan vətəndaşlarına vizaların rəsmiləşdirilməsində böyük məhdudiyyətlər yaratdığını təsdiqlədi: “Bu, xüsusilə Şengen zonası ölkələrinə aiddir. Azərbaycanda Şengen ölkələrinin nümayəndəliklərinin əksəriyyətinə viza üçün müraciət etmək mümkündür. Lakin viza prosedurları ilə bağlı ümumi vəziyyətin qənaətbəxş olduğunu demək olmaz. Təbii ki, yaranan çətinliklərin birmənalı şəkildə süni əngəl kimi dəyərləndirilməsi  doğru olmaz çünki vizanın təsdiqlənib-təsdiqlənməməsi hər bir diplomatik nümayəndəliyin daxili qərarıdır. Avropaya dəfələrlə səfər etmiş vətəndaşların çətinliklə üzləşməsi isə başadüşülən deyil. Avropa ilə əlaqələrin genişlənməsini istəyiriksə, viza rejimində qarşılıqlı güzəştlər tətbiq edilməlidir. Amma təcrübədə bunun tam əksini görürük”.

Qeyd edək ki, bəzi ölkələr viza proseduları ilə əlaqədar zaman-zaman yeni qaydalar tətbiq edirlər. Məsələn, Almaniya hakimiyyəti bundan sonra Şengen vizasına müraciət edənlərin sosial şəbəkələrini yoxlayacaq. Məqsəd ölkəyə gələn təhlükəli şəxslərin qarşısını almaqdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları vizaya müraciət edən şəxslərin internetdəki bütün açıq məlumatlarını araşdıracaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həmkarına “od püskürdü” – VİDEO

Next

BU TARİXDƏ: Leysan, dolu, sulu qar – XƏBƏRDARLIQ

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv